Əsas Səhifə > Partiya > MİLLİ ŞURADA TƏMİZLƏMƏ ƏMƏLİYYATI BAŞLAYIR
MİLLİ ŞURADA TƏMİZLƏMƏ ƏMƏLİYYATI BAŞLAYIR21-10-2013, 13:24 |
"Ola bilsin ki, Milli Şuranın tərkibində bəzi dəyişikliklər olacaq. Təşviqat prosesində öz çıxışları ilə Milli Şuraya zərbə vuran adamlarla bir yerdə otura bilmərik". “Qafqazinfo” xəbər verir ki bu söləri Milli şuranın prezidentliyə namizədi Cəmil Həsənli Milli şuranın gələcək fəaliyyətindən danışarkən qeyd edib. Cəmil Həsənli bildirib ki, Milli Şura ötən seçkilərdə iradə nümayiş etdirdi. Mənəvi qələbənin təmin olunmasında nail oldu. Bu mənəvi qələbənin siyasi qələbəsi ilə yekunlaşması üçün mübarizə aparacağıq. Ola bilsin ki, Milli Şuranın tərkibində bəzi dəyişikliklər olacaq. Rəsmi şəkildə də hokumət bizi saxta seçkinin nəticələrinə görə ikinci yerə qoymaqla sübut etdi ki, real müxalifət Milli Şuradır. Hətta saxta seçkinin nəticəsinə əsasən hakimiyyət də bunu təsdiq etdi. Biz Milli Şuranın yenilənməsi ona qüvvələrin daxil olmasına çalışacağıq. Təşviqat prosesində öz çıxışları ilə Milli Şuraya zərbə vuran adamlarla bir yerdə otura bilmərik. Cəmil Həsənli əlavə edib ki, ayın 24də Milli Şuranın sessiyası keçiriləcək. Sessiyada müvafiq dövlət başçılarına, qurumlara ayrı-ayrı qurumların rəhbərlərinə saxta seçkinin nəticələri barədə müraciət ünvanlanacaq. Eyni zamanda bildirib ki, noyabrın 14-24-nə kimi Amerikada görüşlər keçirəcək Amerikada Dövlət Departmentində, Konqresdə, Senatda, “Freedom House”da və.s yerlərdə görüşlərimiz olacaq. Geri qayıt |