Əsas Səhifə > Partiya > YENİ BİRLİKDƏ KİMLƏR OLACAQ?

YENİ BİRLİKDƏ KİMLƏR OLACAQ?


23-01-2012, 17:46
YENİ BİRLİKDƏ KİMLƏR OLACAQ?

KXCP SƏDRİ BİR AZ GÖZLƏMƏYİN VACİBLİYİNİ BİLDİRDİ

Ötən həftə təsis olunan Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının növbət iclası keçirilib. Bu barədə Modern.az saytına KXCP-nin sədri Mirmahmud Mirəlioğlu məlumat verib.

M.Mirəlioğlu bildirib ki, iclasda hərəkata qoşulmaq üçün əlavə müraciət edən təşkilatlarla bağlı məsələ müzakirə olunub: “Müraciətlərlə bağlı konkret qərarlarımız olmadığı üçün həmin partiyaların adlarını hələlik elan eləmirik”.

KXCP sədrinin sözlərinə görə, hərəkata qəbulla bağlı heç bir qadağa və sərhəd qoyulmayıb: “Eyni zamanda bugünkü iclasda idarə heyətinin reqlamentini və məclisin formalaşması haqqında qərarlar qəbul etdik”.

M.Mirəioğlu bildirib ki, hərəkatının Avropa burosunun yaradılması gündəmdə duran ən vacib məsələdir.

Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatını Aydınlar Partiyası, Azadlıq Partiyası, Liberal Demokratlar Partiyası, Açıq Cəmiyyət Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) və Vətəndaş Hərəkatı Forumu təsis edib.


Geri qayıt