Əsas Səhifə > Sosial, Manşet > HAKİMİYYƏT RƏSUL QULİYEVLƏ GİZLİ DANIŞIQLARDA

HAKİMİYYƏT RƏSUL QULİYEVLƏ GİZLİ DANIŞIQLARDA


21-10-2013, 13:52
HAKİMİYYƏT RƏSUL QULİYEVLƏ GİZLİ DANIŞIQLARDA
KREMLƏ GÜVƏNƏN KEÇMİŞ SPİKER VƏTƏNƏ QAYITMAĞIN YOLLARINI ARAYIR

DİA.AZ: - «Bu günlərdə Milli Şuradan və Açıq Cəmiyyət Partiyasının lideri mövqeyindən getdiyini bəyan edən keçmiş spiker, ABŞ-da siyasi mühacir həyatı yaşayan Rəsul Quliyev hakimiyyətlə danışıqlar aparır». Bu şok iddianı hökumət içindəki mənbə səsləndirib.

Qaynaq DİA.AZ-a açıqlamasında bildirib ki, danışıqlar hakimiyyətin nümayəndələrindən birinin araçılığı ilə həyata keçirilir və danışıqların əsas müzakirə predmeti Rəsul Quliyevin Azərbaycana dönüşünə nail olmaqdan ibarətdir.

Mənbənin söylədikləri: «Rəsul Quliyev Kremlin də dəstəyindən istifadə edərək Bakıya qayıtmaq fikrindədir. Və onun son günlər müxalifət əleyhinə kəskin ifadələr işlətməsi də sırf olaraq bu istəyinin baş tutmasında rəsmi Bakının dəstəyinə nail olmaqdır».

Mənbə bildirir ki, Rəsul Quliyev buna qədər də müxtəlif yollarla danışıqlara cəhd göstərib: «Amma Bakıdakılar Rəsul Quliyevin bu cəhdlərinə müsbət reaksiya verməyiblər. İndi isə kifayət qədər fərqli mənzərə var. Rəsul Quliyevin komanda yoldaşı kimi həbsə atılan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev də azadlığa çıxıb. Belə bir şəraitdə Rəsul Quliyev danışıqların uğurla başa çatacağına daha çox inanırmış kimidir».

Geri qayıt