Əsas Səhifə > Güney Press, Araşdırma > ƏHMƏD ƏHMƏDZADƏNİN DAHA BİR İŞÇİSİ HƏDƏFƏ ÇEVRİLDİ

ƏHMƏD ƏHMƏDZADƏNİN DAHA BİR İŞÇİSİ HƏDƏFƏ ÇEVRİLDİ


22-10-2013, 09:06
ƏHMƏD ƏHMƏDZADƏNİN DAHA BİR İŞÇİSİ HƏDƏFƏ ÇEVRİLDİ
«Ölkə prezidenti İlham Əliyev seçki prosesində və seçkidən daha əvvəl də ölkədə korrupsiyaya qarşı mübarizənin vacibliyini vurğulayıb və dəfələrlə bildirib ki, korrupsiya və rüşvətxorluğa qarşı davamlı olaraq aparılacaq. Ancaq buna baxmayaraq, yerlərdəki məmurlar öz korrupsiya fəaliyyətlərini davam etdirirlər». Bu sətirlər Şirvandan redaksiyamıza ünvanlanan şikayət məktubunda yer alır. Meliorasiya və Su təssərrüfatı açıq Səhmdar Cəmiyyətinin sədri Ə.Əhmədzadəyə tabeçilində olan idarədə baş verən korrupsiya hallarını sadalayan şikayətçi bu məlumatların çoxdan Şirvan şəhər hüquq mühafizə orqanlarına bəlli olduğunu bildirir. Qeyd edək ki, şikayət məktubunda konkret faktlar sadalanır.

Şikayətçi bildirir ki, Şirvan Mexaniki Təmir İstehsalat Birliyinin müdiri Rafət İbrahimov rəhbərlik etdiyi müəssisəni satıb dağıdıb. Belə ki məlumatda göstərilir:

«1. Zavodda olan istehsal avadanlıqları, yəni əsas vəsaitlər çıxarılıb satılıb. Buna misal olaraq taxta məhsulları istehsal edən dəzgahları göstərmək olar. Həmin Dəzgahlar icarə adı ilə Şəhrəman adlı şəxsin xüsusi taxta emalı sexinə verilib.

2. 2011-2012-ci illərdə zavodun istehsala yararlı və vacib lazım olan avadanlıqları sökülərək , «Forma-2» firmasına satılıb. Daha sonra həmin avadanlıqlar Hacıqabul Suvarma Sistemləri idarəsinə satılıb və orada bu avadanlıqların hesabına Rafət İbrahimovun nəzarətində olan Mexaniki Emal sexi yaradılıb.

3. 2006-cı ildə zavodun ikinci ehtiyyatı olan 40 kv-lıq güc transformatoru saz halda təmir adı ilə zavoddan çıxarılaraq satılıb və bir daha zavoda geriyə qaytarılmayıb. Hazırda həmin transformator zavodun balansında oturub. Hər il Su Təssərrüfatı və Meliorasiya Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin sərəncamı ilə Zavodun maliyyə-təssərrüfat fəaliyyəti yoxlanılır. Yoxlayan şəxs hər il eyni adam - cəmiyyətin aparıcı mütəxəssisi Nizami adlı şəxs olur ki, o da bütün bunların hamısına göz yumur.

4. Zavodun tabeciliyində olan avtomobillərin heç birinə ezamiyyət vərəqəsi verilmir. Verilmədiyi halda onlara zavod rəhbərliyi hər ay istədiyi qədər yanacaq silir. Zavodun iki ədəd yeni gəlmiş traktoru kimlərəsə icarəyə verilib və zavoda da hec bir xeyir gətirmir.

5. Zavodun əvvəlcədən gələcək işləri barədə hec bir planı olmur, yəni plansız olaraq fəaliyyət göstərir. Faktiki zavod iş görmək əvəzinə, işləri zavodun direktor müavini Həmid adlı şəxsə məxsus, Rüstəm Məmmədov adlı zavoda hec bir aidiyyatı olmayan bir şəxsə və zavodda çalışan Laçın adlı şəxsə məxsus olan kiçik müəssisələrə həvalə olunur. Laçın adlı şəxsin müəssisəsinin adı: "İxtisaslaşdırılmış Tikinti-Quraşdırma İdarəsi”, direktor müavini Həmid adlı şəxsin müəssisəsinin adı: "Meloservis” kiçik müəssisəsidir. Zavoddan əldə olunan mənfəəti onlar qazanır və təbii ki, Rafət İbrahimov. Zavod hər zaman vergi və sosial ödəmələrdən yayınır. Bunu da belə izah etmək olar ki, zavod tərəfindən görülən işlərin yarısından çoxu yuxarıda qeyd olunan şəxslərə aid müəssisələrdə görülür, bu da ciddi maliyyə pozuntularına yol açır.

6. Zavoda hal-hazırda istehsal etdiyi su avadanlıqlarının (fantonlar, və sairə) keyfiyyətsiz olmaları barədə məktublar gəlir. Bu da ondan irəli gəlir ki, həmin avadanlıqlar zavod daxilindən sökülən köhnə materialların hesabına istehsal olunur. Eyni zamanda da həmin materiallar Zavodun ambarına mədaxil edilərək, onun əvəzinə külli miqdarda vəsait qeyri-qanuni olaraq mənimsənilir. Artıq zavodun ərazisində heç bir mal material qalmayıb. Bircə o kifayətdir ki, qeyd edək ki, Tökmə Sexinin yerindəki çuqun plitələri sökərək ambara material kimi mədaxil edirlər, pulunu mənimsəyirlər və müxtəlif ölçüdə su avadanlıqları üçün ehtiyyat hissələri düzəldərək özlərinə məxsus kiçik müəssisələrə verirlər və oradan da hara istəyirlər ora da satırlar. Bu gün birjada çuqunun 1 tonu 650-800 manat arasında dəyişir. Bu qiymətə baxmayaraq, 2 ton çuqun tökmə zavod üçün 4500 manata başa gəlir. Bu texnologiyaya uyğun olaraq 36 saata tam məhsul kimi istehsal olduğu halda 1 ay müddətinə istehsal olunur. Bu da tədavil xərclərini artırır , məhsulun qiyməti bahalaşır bu da zavoda ziyan verir.

6. Zavodun hec bir məhsulunun düzgün norma xərci yoxdur, hec bir təmir üçün gələn məhsula "qüsur aktı” yazılmır ki, qiymətləndirilsin. Bu da korrupsiyaya böyük yol açır və nəticədə zavod da , işçilər də bundan ziyan çəkirlər.

7. Zavod uzun illər traktorlar və ekskovatorlar təmir edib, onlara qoyulan ehtiyat hissələri, materialları haqqında heç bir hesabat mühasibatlığa sənəd şəkilində verilməyib.

10. Əvvəllər zavoda məxsus iri yük maşınında avtoqəzaya düşüb dünyasını dəyişmiş Zaur adlı şəxsin qəzalı avtomobili də yoxdur. Kiməsə satılıb. Və bu olaydan da sonra direktor Rahət İbrahimovun "Nizami” kiçik müəssisəsi də müəmmalı şəkildə ləğv olunub.

Nəzərinizə çatdırırıq ki, bu Şirvan Mexaniki Təmir İstehsalat Birliyinin rəhbərliyi əsasən korrupsiya və digər qanunsuz əməlləri Meliorasiya və Su Təssərrüfatı Səhmdar Cəmiyyətinin Ağdaş, Kürdəmir, Yevlax, Ucar, Sabirabad, Saatlı, Səlyan, Neftçala , Şirvan, Tovuz idarələri ilə edirlər. Bütün bunların nəticəsidir ki, bu Şirvan Mexaniki Təmir İstehsalat Birliyinin müdir müavini Həmid adlı şəxs külli miqdarda vəsaitə , mala, mülkə sahib olub. Belə ki, Şamaxıda Villası, Şirvan şəhərində Şirvan-Sabirabad yolunun üstündə qarajı, Hacıqabul rayonu ərazisində ferması, Bakı şəhərində evi və Kürəkəni üçün Şirvan şəhərində aldığı ev, 4 ədəd 40-80 min manat arasında qiyməti dəyişən avtomobili və . sairə. .. Bunlar bizə məlum olanlardır. Fəhlələrə "Zavodumuz işləmir, qazancımız yoxdur, idarəyə gəlir gəlmir , hətta biz özümüz mağazadan çörəyi nisyə alıb yeyirik” deyən bu adamlar görən bu qədər vəsaiti bəs haradan əldə ediblər?» \ pia.az \

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

Geri qayıt