Əsas Səhifə > Dünya > "BƏŞƏR ƏSƏD YENİDƏN PREZİDENT OLSA"...
"BƏŞƏR ƏSƏD YENİDƏN PREZİDENT OLSA"...22-10-2013, 10:34 |
”Müxalifət Bəşər Əsədin hökümətdə payı olmasına əsla razı olmayacaq.” SalamNews-un əl-Cəzirə telekanalına istinadla verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Con Kerri Qətərin xarici işlər naziri Xalid əl-Ətiyyə ilə birgə keçirdiyi mətbuat konfransında bildirib. Con Kerri Suriya prezidenti Bəşər Əsədin ölkədə prezidentlik kürsüsü ilə bağlı fikirlərinə işarə edərək, onun yenidən seçiləcəyi təqdirdə daxili müharibənində davam edəcəyini bildirib. C.Kerri Suriya müxalifətinində bununla razılaşmayacağını bəyan edib. ABŞ dövlət katibi İranın “Cenevrə-2” sülh danışıqlarında iştirak etməsinə də toxunub və bu mümkün sayıb. O, bunun üçün Tehranın Suriyada keçid hökümətinin təşkilini qəbul etməsini zəruri olduğunu bildirib. Xatırladaq ki, Suriya sülh danışıqlarının keçirilməsi noyabrın 23-də Cenevrədə keçirilməsi nəzərdə tutulub ki, müxalifət bu danışıqlara mühafizəkarlıqla yanaşırlar. Geri qayıt |