Əsas Səhifə > Partiya > FƏRƏC QULİYEV “SPONSOR”SUZ QALIB

FƏRƏC QULİYEV “SPONSOR”SUZ QALIB


24-01-2012, 12:22
FƏRƏC QULİYEV “SPONSOR”SUZ QALIB

ƏSAS HİMAYƏDARI ONA PUL VERMƏYİ DAYANDIRIB

Bir müddət əvvəl PİA.AZ Azərbaycan xalıqının dəyərli oğullarından biri olan Rusiyada çalışan milyarder Mehrac Babayev Bakıda maliyyəlşdirdiyi siyasətçilərə və mətbu orqanlara olan dəstəyini kəsmək qərarına gəlib. Həmin məlumatda bildirilirdim ki, «Mehrac Babayev son günlər uğradığı ədalətsizliyi görə «umduğu yerdən küsüb». Hər zaman dostlarına qarşı sədaqəti ilə seçilən Mehrac Babayev ona qarşı olunan bu ədalətsizliyin qarşısında «dostlarının» susqunluq nümayiş etdirməsindən rəncidə olub və dostlarına inciyib.

Mənbənin sözlərinə görə Mehrac Babayev onun sayəsində yüksələn bu dostlarına mesaj yollayıb ki, daha ona güvənməsinlər. Bildirilir ki, Mehrac Babayev həmin dostlarının aylıq maliyyə yardımlarını və mətbu orqanlarına etdiyi yardımları dayandırıb. Hazırda həmin siysilərin və millət vəkillərinin Mehrac Babayevin könlünü almağa çalışdıqları bildirilir. Amma hələ ki, onlar keçmiş himayədarlarının yenidən «saqqızını oğulamağa» müvəffəq olmayıblar».

PİA.AZ-a daxil olan məlumatda bildirilir ki, Mehrac Babayevin uzun müddətdir ki, maliyyələşdirdiyi siyasətçilər arasında millət vəkili, MDHP sədri Fərəc Quliyev önəmli yer tutub. Belə ki, Mehrac Babayev bir zamanlar hərəkat dostu olan Fərəc Quliyevə uzun illər boyu maliyyə dəstəyi verib və onun millət vəkili seçilməsində xüsusi rol oynayıb. Həmçinin Fərəc Quliyevin yaratdığı Milli Dirçəliş Hərəkatı da Mehrac Babayevin ayırdığı maliyyə hesabına fəaliyyət göstərib. Partiyanın qərargahı və Fərəc Quliyevin Bakıda sahib olduğu digər mal varlıqları da Mehrac Babayev pulları ilə alınıb.

Məlumatda göstərilir ki, Mehrac Babayevin Bakıda maliyyəlşdirdiyi siyasilərə və mətbu orqanlara olan dəstəyini kəsmək qərarı Fərəc Quliyev üçün ciddi maliyyə sıxıntıları yaradıb. Bu ildən başlaraq Fərəc Quliyevin nəşr etdirdiyi «Davam» qəzeti öz nəşrini dayandırıb. Arxasındakı maliyyə mənbəyini itirən millət vəkili qəzeti bağlamaq qərarını başqa səbəblərlə izah etməyib çalışıb. Daxil olan məlumata görə Fərəc Quliyev «Davam» qəzetinin redaksiya heyətini və baş redaktor Həbib Ələkbərsoyu nurçulara işləməkdə suçlayıb və redaksiyaya olan borcunu ödəməkdən imtina edərək onları qovub. Bundan başqa MDHP qərargahında çalışan işçilərdə ixitisar olunub.

Qeyd edək ki, Fərəc Quliyev bundan əvvəldə «Davam» qəzetinin nəşrini dayandıraraq redaksiyaya olan borcunu ödəməmişdi. Keçmiş redaksiya heyəti hələ də millət vəkilindən həmin pulu ala bilmir. Fərəc Quliyev və yaxın ətrafı qəzetin keçmiş baş redaktoruna borcu ödəməyəsəyi barədə dəfələrlə söz versə də, bu vəd hələ də reallaşmayıb.


Geri qayıt