Əsas Səhifə > Güney Press, Üçüncü sektor > NAZİR POSTUNDAN ALINAN SƏFƏR ƏBİYEV DANIŞDI
NAZİR POSTUNDAN ALINAN SƏFƏR ƏBİYEV DANIŞDI23-10-2013, 10:58 |
"HEÇ BİR PROBLEM YOXDUR" On səkkiz ildən çox müdafiə naziri olmuş general polkovnik Səfər Əbiyev “Media forum” saytına açıqlama verib. “Yenidən müdafiə naziri təyin olunmadınız. Bunu gözləyirdinizmi və necə qiymətləndirirsiniz” sualına Səfər Əbiyev belə cavab verib: “Çox normal qiymətləndirirəm. Heç bir problem yoxdur”. Səfər Əbiyev 1992-1995-ci illərdə Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini, Baş Qərargah rəisi-müdafiə nazirinin birinci müavini, müdafiə naziri vəzifəsinin icraçısı, müdafiə nazirinin müavini vəzifələrində çalışıb. 1995-ci il fevralın 5-dən Azərbaycanın müdafiə naziri idi. O, bu postu general-polkovnik rütbəsində tərk edib. Geri qayıt |