Əsas Səhifə > Güney Press, Araşdırma > "MƏN DÖVLƏT-MÖVLƏT FIRLAMIRAM" - video

"MƏN DÖVLƏT-MÖVLƏT FIRLAMIRAM" - video


23-10-2013, 11:06
"MƏN DÖVLƏT-MÖVLƏT FIRLAMIRAM" - video
Bolgexeber.com-un redaksiyasına Biləsuvar şəhər Ü. Hacıbəyov küçəsi Qarabağ əlilləri və şəhid ailələri binası, 16 B, mənzil 15-də yaşayan ikinci qrup Qarabağ müharibəsi əlili Ağayev Elşən Gülağa oğlu tərəfindən dövlət başçısına ünvanlanmış şikayət məktubunun surəti və video daxil olmuşdur. Məktubda o Biləsuvar rayon Ovçubərə kənd İcra nümayəndəsi Mikayılov Ağadin Baba oğlunun özbaşınalığından şikayət edir.
“Bu gün bu insan mənim haqqımda Biləsuvar rayon məhkəməsinə müraciət edərək onun şəxsiyyətini alçaltmağım barəsində müraciət edib. Mən də deyirəm şəxsiyyəti , mənəviyyatı, əxlaqı olmayan bir kəsin bu günlərədə məndən 20 min təzminat istəməyə nə haqqı çatır?
Dövlətin məmuru hansı əsasla vətəndaşların adından öz adına vəkalətnamələr yazaraq torpaq və ünvanlı sosial kartlarını özü götürür?Məmurun bu işdə marağı nədir?”-şikayətçi bildirir.
DİA.AZ həmin videonu təqdim edir:



Geri qayıt