Əsas Səhifə > Partiya > “İSA QƏMBƏRİN BAŞQAN QALMASININ TƏRƏFDARIYAM”

“İSA QƏMBƏRİN BAŞQAN QALMASININ TƏRƏFDARIYAM”


24-01-2012, 14:56
“İSA QƏMBƏRİN BAŞQAN QALMASININ TƏRƏFDARIYAM”

ADİL QEYBULLANIN TƏKLİFİ VAR

“Müsavat Partiyası başqanın dəyişməsi ilə bağlı mövqeyimdə dəyişiklik var. Müsavatın bütövlüyü naminə İsa Qəmbərin prezident seçkilərinə qədər partiyanın başqanlığında qalmasının tərəfdarıyam. Çünki bu gün ictimai situasiya bunu diqtə edir”.

Bu açıqlamanı APA-ya Müsavat Partiyasının üzvü, professor Adil Qeybulla deyib. A. Qeybulla bildirib ki, hansına bir formada İsa Qəmbəri başqan vəzifəsində saxlamaq mümkündür: “Əgər qurultay keçirilsə belə, başqanlıq məsələsinə toxunulmaması və başqan vəzifəsinə seçkilərin növbəti qurultaya saxlanılması, yaxud da nizamnamədə dəyişiklik edilməsi variantları da reallaşdırıla bilər. Bu məsələ Müsavat Partiyasının mənafeyi kimi qəbul olunmalıdır. Ancaq qərar qəti olsa, partiyanın tam şəkildə olaraq qəbul etdiyi şəxsin rəhbərlikdə oturması vacibdir. Bu son dərəcə ciddi məsələdir. Partiya başqanının imici həm də onun siyasi perspektivi deməkdir. Partiyanın siyasi perspektivi də bununla bağlıdır. Partiyanın maliyyə, təşkilatı yükünü, onun qarşıdakı vəzifələrin öhdəsindən gələcək bir adam, partiyada xeyli üzvlərin qəbul edəcəyi şəxs təşkilatın başına gəlməlidir”.

Namizədlərin irəli sürülməsi prosesi başlayarsa, mövqeyini açıqlayacağını deyən A. Qeybulla partiya başqanlığına namizəd olub-olmamaması ilə bağlı düşündüyünü də söyləyib: “Bu elə bir məsələdir ki, namizədliyim irəli sürüləndən sonra bu istiqamətdə işləmək lazımdır. Yəni ciddi məsuliyyətdir”.

A. Qeybulla Müsavat Partiyasının qurultayla bağlı da mövqeyini açıqlayıb: “Partiyanın qurultayının vaxtı müəyyən edilsə də bu, uğursuz bir tarixdir. Yəni bunu may ayına da təyin etmək mümkün idi və həmin vaxta qədər də bir sıra təşkilatı işlər həll edilə bilərdi. Əlbəttə, ciddi hadisə baş verərsə, qurultayı təxirə salmaq da olar”.


Geri qayıt