Əsas Səhifə > Araşdırma > SOÇİ GÖRÜŞÜ NƏTİCƏSİZ OLDU

SOÇİ GÖRÜŞÜ NƏTİCƏSİZ OLDU


24-01-2012, 15:03
SOÇİ GÖRÜŞÜ NƏTİCƏSİZ OLDU

BU, AZƏRBAYCAN EKSPERTLƏRİNİN FİKRİDİR

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçi bəyanatının real nəticələri Rusiya prezidenti Dmitri Medvedyevə təşəkkür mahiyyəti daşıyır. Çünki D.Medvedyevin təşəbbüsü ilə 4 il müddətində iki ölkə prezidentinin 10 görüşü keçirilib. “Amma Soçi görüşündə nəinki irəliləyiş olub, əksinə bundan sonra danışıqların intensiv şəkildə davam etdiriləcəyinə belə məndə əminlik yoxdur”, - parlamentin deputatı, politoloq Rasim Musabəyov bildirib.

O, Rusiyanın ziyalıların, ictimai xadimlərin görüşünün təşkili təşəbbüsü ilə çıxış etməsinin danışılar prosesində təsir edəcəyinə əmin deyil. “Bu təşəbbüs yardımçı xarakter daşıyır. Azərbaycan tərəfi dəfələrlə icmaların dialoqunun yaradılması təşəbbüsü ilə çıxış edib. Hər dəfə ermənilər görüşdən boyun qaçırıb. 2011-ci ilin sonunda da ermənilər icmaların Berlində təşkil edilmiş görüşünə gəlmədilər”, - o qeyd edib.

“Gözlənildiyi kimi, Soçi görüşü nəticəsiz başa çatdı”, - “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib. “2 aydan sonra öz postunu tərk edəcək prezident Dmitri Medvedyevin təşəbbüsü ilə keçirilən görüşdən ciddi nəticə gözləmək çətin idi. Əgər onun səyləri effektiv olsaydı, 3 il müddətində özünü göstərərdi. Bu müddətdə üç prezidentin 10 görüşü keçirilib”, E.Şahinoğlu vurğulayıb.

Onun fikrincə, Rusiya Fransa və ABŞ-ı prosesdən uzaqlaşdırmaq üçün danışıqların imitasiyası ilə məşğuldur. Azərbaycan rəhbərliyi də Moskvanın hərəkətinin imitasiya xarakteri daşıdığını başa düşür, lakin Rusiyanı qıcıqlandırmamağa çalışır və görüşlərdə formal iştirak edir.

Əgər Rusiya həqiqətən münaqişənin nizamlanmasını istəsəydi, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi məqsədilə Ermənistana təzyiq göstərərdi.

Ekspert həmçinin diqqəti prezident İlham Əliyevin bu yaxınlardakı bəyanatına yönəldib. Ölkə başçısı deyib ki, münaqişənin həllində hərbi gücün tətbiqindən imtina olunmasını Azərbaycana zorla qəbul etdirmək istəyirlər ki, rəsmi Bakı heç zaman bununla barışmayacaq. Odur ki, Rusiyanın vasitəçiliyindən yaxşı heç nə gözləməyə dəyməz.


Geri qayıt