Əsas Səhifə > Partiya > RƏSUL QULİYEV HAKİMİYYƏTİN "PLANINI İFŞA ETDİ"
RƏSUL QULİYEV HAKİMİYYƏTİN "PLANINI İFŞA ETDİ"24-10-2013, 11:21 |
"MİTİNQƏ YER VERİLMƏMƏLİ İDİ" Milli Şuranın üzvü Rəsul Quliyev 27 oktyabrın mitinqi barədə fikir bildirib. Savash.org bildirir ki, R.Quliyevin sözlərinə görə, hökumət bu mitinqin keçirilməsinə imkan verməklə demokratik prinsiplərə sadiq olduğunu vurğulamaq istəyir: “Mənim fikirimcə, hökumət 27 oktyabr mitinqinə şəhərin içərisində yer verməməli idi. Ancaq bunun əksi baş verdi. Düşünürəm ki, hökumətin qərarını dəyişdirməsinin bir neçə səbəbi var. Birincisi, bu mitinqin ən az adam toplayan mitinq olacağına inanırlar və bunu həm daxildə, həm də xaricdə nümayiş etdirmək istəyirlər”. R.Quliyev ikinci səbəbi, hakimiyyətin özünə demokratik imic formalaşdırmaq istəyi ilə izah edir: “İstiqamətlərin biri də bu mitinqə icazə verməkdir. Üçüncüsü, bu mitinqin keçirilməsinə imkan verməklə demokratik prinsiplərə sadiq olduğunu vurğulamaq istəyir. İndi əsas vəzifə mitinqin əvvəlkilərdən zəif keçirilməsinə imkan verməmək və bunun üçün çalışmaq lazımdır”. Geri qayıt |