Əsas Səhifə > Dünya > PREZİDENT MİT RƏHBƏRİNƏ SAHİB ÇIXDI

PREZİDENT MİT RƏHBƏRİNƏ SAHİB ÇIXDI


24-10-2013, 11:43
PREZİDENT MİT RƏHBƏRİNƏ SAHİB ÇIXDI
ABDULLAH GÜL: "ORDA-BURDA YAZILANLAR ƏHƏMİYYƏTLİ DEYİL"

Türkiyənin mənfəətləri hər şeydən vacibdir.

SalamNews- un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Abdullah Gül bildirib.

O deyib ki, Milli Kəşfiyyat İdarəsi (MİT ) və sədri Türkiyənin milli mənfəətləri qorumaq üçün onlara verilən vəzifələri ən yaxşı şəkildə icra edir. Bəzən bu fəaliyyətlərdən narahat olanlar ola bilər. Bildiyimə görə, son günlərdə düşünülmüş və sistemli şəkildə ortay atılan iddialar var. Bunlar heç kimsəyə təsir etməsin. Türkiyənin müstəqil siyasəti var. Türkiyənin mənfəətləri hər şeydən vacibdir. Buna görə də orda-burda yazılanlar bizim üçün o qədər də əhəmiyyətli deyil.

Geri qayıt