Əsas Səhifə > Partiya > YAP-DAN ELŞAD ABDULLAYEV CƏMİL HƏSƏNLİ GÖRÜŞÜNƏ REAKSİYA
YAP-DAN ELŞAD ABDULLAYEV CƏMİL HƏSƏNLİ GÖRÜŞÜNƏ REAKSİYA24-10-2013, 11:46 |
“Cəmil Həsənli və Elşad Abdullayev eyni medalın iki üzüdür. Onun Avropada Elşad Abdullayevlə görüşü də bundan irəli gəlir”. Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov “Demokratik Qüvvələrin Milli Şurası”nın prezidentliyə vahid namizədi olmuş Cəmil Həsənlinin Avropa turnesində Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilən Elşad Abdullayevlə görüşünə münasibət bildirərkən deyib. Elşad Abdullayev haqqında kifayət qədər mənimsəmə, qanunsuz orqan əməliyyatı və digər hüquqa zidd əməllərlə bağlı cinayət işi qaldırıldığını xatırladan S. Novruzov qeyd edib ki, belə insanla görüş C. Həsənlinin məqsədini, müxalifətin xislətini ortaya qoydu: “Onlar üçün oğru, cinayətkar, Azərbaycanın əleyhinə işləyən, xalqın düşməni, kim olur olsun fərqi yoxdur, təki Azərbaycan iqtidarının düşməni olsun. Bunlar üçün bu qəbuldur. Cəmil Həsənlinin də missiyası bundan ibarətdir”. Geri qayıt |