Əsas Səhifə > Dünya > İRANDA ABŞ-A QARŞI MÜNASİBƏTDƏ İKİTİRƏLİK VAR

İRANDA ABŞ-A QARŞI MÜNASİBƏTDƏ İKİTİRƏLİK VAR


25-10-2013, 09:42
İRANDA ABŞ-A QARŞI MÜNASİBƏTDƏ İKİTİRƏLİK VAR
“İran daxilində Amerikaya nifrəti azaldan və aradan qaldıran yeni hərəkat yaranıb.”

SalamNews-un “İsna” agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Tehranın müvəqqəti İmam Cüməsi Ayətullah Əhməd Xatəmi Qədir-Xum bayramı münasibətilə keçirilən mərasimdə bildirib.

O, İran daxilində Amerikaya qarşı nifrəti azaldan hərəkatın baş qaldırdığını deyib və iranlıları belə halların qarşısını almağa çağırıb.

Ayətullah Əhməd Xatəmi deyib: "Nə qədər ki, ABŞ şeytanlığını davam etdirir, “Amerikaya ölüm” şüarı səsləndiriləcək."

Xatırladaq ki, İranda Prezident Həsən Ruhani hökümətinin digər ölkələrlə olan gərginliyin aradan qaldırılması siyasətinin yürütməsindən sonra, daxildəki bir çox mühafizəkar qüvvələr ABŞ və Britaniyanın sözügedən siyasətdən istisna edilməsini istəyirlər. İranda Ali rəhbərlik ABŞ-la müzakirələrin qırmızı xətt olmadığını bildirsə də, bu ölkəyə etimad göstərilməsini qeyri- mümkün sayıb.

Geri qayıt