Əsas Səhifə > Güney Press, Üçüncü sektor > İCRA BAŞÇISI MƏMUR OVUNA ÇIXIB
İCRA BAŞÇISI MƏMUR OVUNA ÇIXIB25-10-2013, 11:02 |
KÖHNƏ HEYİFLƏRİ ÇIXMASI ÜÇÜN FÜRSƏT YARANIB Məlum olduğu kimi bir neçə ay bundan əvvəl Laçın Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə Akif Səlimov təyin edilmişdir. Yerli mənbələrin kütləvi informasiya vasitələrinə təqdim etdikləri məlumatlarda isə iddia olunur ki, hətta bu qısa müddət ərzində belə, yeni İcra başçısının fəaliyyəti artıq laçınlılar arasında böyük narazılıqları yaranmasına səbəb olub. Məlumatlarda xüsusilə vurğulanır ki, Akif Səlimovun yarıtmaz kadr siyasəti rayon əhalisini faktiki olaraq iki rəqib düşərgəyə bölüb. Belə ki, İcra başçısının özünə yeni komanda formalaşdırmaq yönümündə rayon sakinləri arasında etnik ayrı seçkiliyə yol verdiyini bildirən mənbələr, məhz bu cəhətdən vəziyyətin son dərəcə mürəkkəbləşdiyini, hətta bu zəmində konfliktli situasiyaların da yarandığını diqqət mərkəzinə çəkirlər. Yeri gəlmişkəm ölkə mətbuatında yayımlanan məlumatlara görə də A.Səlimov Laçın RİH-nin yeni başçısı təyin olunduqdan dərhal sonra bu qurumun strukturunda əksər məsul postları tutan şəxsləri, o cümlədən hümanitar məsələlər üzrə müavin Bəsti Nəcəflini, aqrar məsələlər üzrə müavin S.Məmiyevi, ümumi şöbənin müdirü N.Nəcəfovu, RİH-nin komendantı Şakir İbrahimovu, Mədəniyyət və Turizm şöbəsinin müdiri İ.İlyasovu öz vəzifələrindən azad etmişdir. Məlumatlarda bildirilir ki, həmin vəzifələrə Akif Səlimova yaxınlığı ilə seçilən kadrlar təyinat almışlar. Bu arada belə bir məqamı da etiraf etmək lazımdır ki, əslində hər bir yeni icra başçısının qarşıda duran vəzifələri daha effektiv şəkildə icra etmək məqsədilə özünə yeni işçi heyət formaıaşdırmağa həm hüquqi, həm də mənəvi haqqı vardır. Bu şərtlə ki, həmin proses digər vətəndaşların hüquqlarının pozulmasına yol açmasın. Yerli mənbələr tərəfindən təqdim olunan məlumatlarda isə Akif Səlimovun yeni komanda yaratmaq üçün kadr seçimini məhz etnik mənsubiyyət kriteriləri əsasında həyata keçirdiyi iddia olunur. Məlum olduğu kimi Azərbaycanda etnik mənsubiyyət zəminində vətəndaşlar arasında ayrı-seçkiliyə yol verilməsi olkə qanunları ilə qadağan olunub. Digər tərəfdən isə yüksək vəzifəli məmur tərəfindən nümayiş etdirilən belə mövqe kütlə daxilində dərhal öz ardıcıllarını taparaq daha böyük və təhlükəli fəsadlara yol aça bilər. Məhz bu səbəbdən hər hansı RİH başçısının dövlət və ümumxalq mənafeylərinə zidd milli-etnik “siyasəti” yolverilməzdir və bu kimi halların qarşısı dərhal və qətiyyətlə alınmalıdır. Bu olaylarda təəccüb doğuran bir cəhət də məhz elə bundan ibarətdir ki, uzun illər polis orqanlarında işlədiyi bildirilən Akif Səlimov özü də bu sadə həqiqətləri yaxşı bilməlidir. Bununla belə onun dövlət orqanına işə qəbul zamanı etnik mənsubiyyət əsasında seçim həyata keçirmək ideyası, dolayısı ilə əhali arasında milli-etnik zəmində ədavətin qızışdırılması cəhdləri kimi qiymətləndirilməyə bilməz.Yerli mənbələrdən daxil olan başqa bir məlumatda isə Akif Səlimovun həm də vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, vətəndaşların hüquqlarının pozulması ilə müşayiət olunan qisasçılıq və əvəz çıxma kimi qeyri-etik davranış formalarına yol verdiyi bildirilir. Məsələn, qeyd olunur ki, 121 saylı Laçın Dairə Seçki Komissiyasının sədri Ş.Paşayevin bu vəzifədən kənarlaşdırılmasını yerli sakinlər artıq üç il davam edən ədavətin məntiqi nəticəsi kimi qiymətləndirirlər. Məlumatlara görə, 2010-cu ildə Akif Səlimov 121 saylı Seçki Dairəsindən Milli Məclisə deputat kimi öz namizədliyini irəli sürmüşdü. Bildirilir ki, həmin vaxt kifayət qədər səs toplaya bilməyən A.Səlimov buna görə məhz Laçın RİH-nin keçmiş icra başçısının və Dairə Seçki Komissiyasının sədrinin məsuliyyət daşımalı olduqlarına özünü inandırıb. İndi isə əlinə düşən imkandan istifadə edən başçı qısa müddətdə komissiya sədrinin dəyişdirilməsinə nail ola bilib. Geri qayıt |