Əsas Səhifə > Dünya > MEKSİKADA FACİƏ KİMİ QƏZA
MEKSİKADA FACİƏ KİMİ QƏZA25-10-2013, 11:10 |
Meksikanın şimalındakı Syudad Xuares şəhərində yerləşən şirniyyat fabrikində güclü partlayış baş verib. Yerli telekanalların məlumatına görə, partlayış nəticəsində 1 nəfər ölüb, 50-yə yaxın adam da yaralanıb. 20 nəfərin aqibəti isə hələlik məlum deyil. Binanın konstruksiyalarının uçma təhlükəsi olduğundan xilasetmə işlərinə hərbçilər cəlb olunub. Binanın zirzəmisində sağ qalan insanların olduğu ehtimal edilir. Rəsmi qurumların məlumatına görə, müəssisənin istehsalat sexlərinin birində buxar qazanı partlayıb. Geri qayıt |