Əsas Səhifə > Partiya > VİDADİ İSGƏNDƏRLİ MÜAYİNƏDƏN KEÇİRİLDİ
VİDADİ İSGƏNDƏRLİ MÜAYİNƏDƏN KEÇİRİLDİ24-01-2012, 17:56 |
“NARAHATLIĞA SƏBƏB OLA BİLƏCƏK HEÇ BİR PROBLEM YOXDUR” Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi Rəfael Mehdiyev yanvarın 24-də “Media forum” saytına açıqlamasında həkimlərin məhbus hüquq müdafiəçisi Vidadi İsgəndərlini müayinədən keçirdiyini deyib: “Müayinədən keçirilməsini Vidadi İsgəndərli özü xahiş etmişdi. Müayinə aparıldı. Vidadi İsgəndərlinin səhhətində ciddi narahatlığa səbəb ola biləcək heç bir problem yoxdur”. Yanvarın 21-də 14 saylı Cəzaçəkmə Müəssisəsində vəkil Yalçın İmanovla görüşən Vidadi İsgəndərli demişdi ki, vərəm və yaxud QİÇS-ə yoluxdurulacağından ehtiyatlanır. Avqustun 27-də Göyçay Rayon Məhkəməsi Vidadi İsgəndərlini üç ittiham üzrə təqsirli bilərək onu 3 il müddətinə azadlıqdan məhrum edib. Şəki Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Geri qayıt |