Əsas Səhifə > Sosial, Manşet > BAKIDA ERMƏNİ SAHİBKAR “AT OYNADIR”
BAKIDA ERMƏNİ SAHİBKAR “AT OYNADIR”25-01-2012, 11:49 |
PARLAMENTLƏ DƏ SIX ƏLAQƏDƏ OLAN ŞƏXSİN ERMƏNİ ƏSİLLİ OLDUĞU DEYİLİR DİA.AZ: - Bir müddət öncə Rusiyanın Baş Naziri Vladimir Putinin Azərbaycan və Ermənistan prezidentlərinin dil tapa bilməməsinə işarə ilə «onların nazirləri Moskvada görüşüb çox mehriban danışırlar» deməsi cəmiyyətdə ciddi rezonans doğurmuşdu. Hələ bundan xeyli əvvəl tanınmış erməni sosioloqu, «Sosiometr» mərkəzinin rəhbəri Aqaron Adıbekyanın mülahizəsi də ciddi müzakirə mövzusuna çevrilmişdi. Ermənistanın Hetqonline saytının məlumatına görə, 2012-ci il parlament seçkilərini təhlil edən sosioloq demişdi: «Azərbaycanda sonuncu noyabr seçkilərindən sonra ermənilərin xeyrinə irəliləyişlərin olacağı gözlənilir. Bəlkə də artıq bu cür irəliləyişlər var. O mənada ki, qonşu ölkənin yüksək eşelonunda hər 5 nəfərdən biri mənşəcə gizli ermənidir və ya erməni qadınla nikahdadır. Deməli, biz ermənilər matryoşka kimi onların içində gizlənmişik. Buna görə də hər hansı irəliləyişə ümid bəsləmək olar». Erməni sosialoqun bu açıqlamasına Azərbaycan tərəfdən heç bir rəsmi münasibət bildirilməyib. Zaman-zaman əhali arasında hakimiyyətdə əslən ərməni və ya həyat yoldaşları erməni olan məmurlar barəsində müxtəlif səpkidə xəbərlər gəzib. Bütün bunların səbəbsiz yərə olmadığı isə hər kəsə bəllidir. Hələ Həydər Əliyəv də etiraf ədirdi ki, Azərbaycanda 30 mindən artıq erməni yaşayır və onların sırasında vəzifələrdə çalışanlar da var. Düzdür, bununla bağlı müxalifət düşərgəsində təmsil olunan funksionərlər bir nəçə dəfə danışsalar da, konkrət ünvanlar göstərməyə cəsarət etməyiblər. Mümkün haldır ki, bu zaman onların çəkindikləri və ya ehtiyat etdikləri müəyyən məqamlar olub. Biz də bu istiqamətdə araşdırmalar apardıq. Təbii ki, hakimiyyətdə yer alan şəxslərin özəl həyatlarını inqcələmək imkanlarımız məhdud olduğundan bizə bilgi ötürən mənbələrə üz tutduq və ciddi bir fakt aşkarladıq. Azərbaycanın ən iri zavodlarından birinin rəhbərinin erməni əsillidir. Bu şəxs indiyə qədər baş nazir Artur rəsizadə tərəfindən himayə olunub və hazırda nəhəng zavodlardan birinin direktoru olmaqla yanaşı, hakimiyyət dairələrində kifayət qədər yüksək nüfuz sahiblərindən biridir. Ən maraqlısı isə, onun Azərbaycanın qanunverici orqanı ilə də sıx tellərlə bağlı olduğunu oxucularımızın diqqətinə çatdırmışdıq. Bu şəxs öz erməni milli kimliyini illər öncədən hakimiyyətdəki havadarlarının dəstəyi ilə gizləyə bilmiş və hazırda rəsmi olaraq «azərbaycanlı» adı və soyadı ilə cəmiyyətdə də ciddi nüfuz sahiblərindən biri kimi tanınmaqdadır. Apardığımız araşdırmalar nəticəsində bəlli olub ki, sözügedən zavod direktoru tələbəlik illərindən öncə öz adını və soyadını dəyişdirib. Hətta onun əsl yaşının yeni adla 4 il qabağa çəkildiyi də qeyd olunur. Belə ki, hazırda rəsmi sənədlərdə (azərbaycanlı ad və soyadı ilə red.) onun 40 yaşının olduğu göstərilsə də, əslində bu şəxsin 44 yaşının olduğu iddia olunur. Bu haqda bizə məlumat verən mənbə iddia edir ki, sovet hakimiyyəti dönəmində onun yaxınları arasında keçmiş KQB sisteminə bağlı olan müəyyən insanlar bir sıra məsələlərdə bu şəxsin də yardımından faydalanıblar. Məhz həmin xidmətləri nəzərə alınaraq, sonradan onun öz milliyyətini dəyişməsinə və hətta ali məktəbə qəbul olunmasına hakimiyyətdəki bəzi məmurlar səviyyəsində ciddi dəstək verilib. Sovetlər birliyinin çöküşündən sonra isə onun ən böyük arxa-dayağı Azərbaycanın indiki baş naziri Artur Rəsizadə olub. Məhz A.Rəsizadənin dəstəyi sayəsində o, illərdir ölkənin ən nəhəng zavodlarından birinin rəhbəri olmaqla yanaşı, iqtidar daxilində tanınmış siyasi fiqurlardan birinə çevrilib. Eyni zamanda, hakim partiyanın üzdə görünməyən ən aktiv üzvləri sırasında da onun özünəməxsus yeri var... Bu istiqamətdə araşdırmalarımız davam edir və yaxın vaxtlarda haqqında söhbət açdığımız adamın adını sizə təqdim edəcəyik. Geri qayıt |