Əsas Səhifə > Güney Press, Üçüncü sektor > VƏHABİLƏRLƏ BAĞLI MTN RƏHBƏRİNƏ İLGİNC MÜRACİƏT
VƏHABİLƏRLƏ BAĞLI MTN RƏHBƏRİNƏ İLGİNC MÜRACİƏT28-10-2013, 09:20 |
Son günlər sosial şəbəkələrdə bir qrup radikal Azərbaycanda həyata keçirmək niyyətində olduqları və məzhəblərarası qarşudurmaya səbəb olacaq terror xəbərləri yer almaqdadır. Məslə ilə bağlı Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli milli təhlükəsizlik naziri Eldar Mahmudova müraciət edib. FaktXəbər-ə daxil olan müraciət mətnin bildirilir ki, sosial şəbəkə vasitəsilə ölkəmizdə məzhəblərarası qarşıdurmaya səbəb ola biləcək, müsəlmanların birlik və bərabəliyi, Azərbaycan dövləti üçün həmişə mücadilə verən Hacı Şahin Həsənliyə qarşı sui-qəsd çağırışı yer alıb: “Özlərini “Meşə Qardaşları” adlandıran radikal dini qrupun təmsilçiləri Azərbaycandakı məzhəb dostlarını “mücadilə”yə səsləyiblər. Onlar sosial şəbəkələrdə biri-biriləri ilə əlaqə saxlayaraq, Azərbaycandakı şiələrə qarşı kütləvi şəkildə terrora çağırış ediblər. Bu çağırışlarda şiələrə qarşı hədə dolu ifadələrlə yanaşı, Azərbaycanın tanınmış din xadimi, dövlətçiliyin və milli mənəvi dəyərlərin mühafizəsi istiqamətində illərdir mücadilə verən Hacı Şahin Həsənlini qətlə yetirmək üçün fətva verildiyini deyiblər. Təmsil etdiyim Qarabağ Seyid Ocaqları və Azərbaycanın gerçək din-dövlət münasibətlərində mücadilə verən mənəviyyat adamları adına dərhal tədbirlər görülməsini xahiş edirəm. Hesab edirəm ki, son günlər Azərbaycanda həmin qrupa aid olan və özünü dininin təəəsübküşi sayan, İslamın qaydalarına adiyyatı olmayan ölkəmizdə məzhəblərarası münasibətləri qızışdırmağa sövqedici bəyanatların müəllifi olan bu şəxslərin ünvanı dəqiq bilinməlidir. Bunlar vəhhabi kimliyi ilə tanınan şəxslərdir. Milli təhlüksizlik naziri olaraq sizdən Azərbaycan dövlətinin bütövlüyü üçün və İlham Əliyevin humanistliyindən, Azərbaycan xalqının tolerantlığından sui-istifadə edən belə radikal və təhlükəli qüvvələri dərhal zərəsizləşdirəsiniz. Bu mənim yox, Azərbaycan dövlətinə bağlı minlərlə insanların ricasıdır. Həmin dini radikal qüvvələr öz mətnlərində qeyd edirlər ki, Suriyadan sonra növbəti proses Azərbaycadadır. Suriyada olan Əmir Fərman Çətin adlı terrorçunun “Suriyada şiələrə qarşı qələbəni gözləyirik, o zaman həmin hadisələr Azərbaycanda baş verəcək” kimi çağırışına etinasız yanaşmamaq lazımdır. Cənab nazir! Diqqətinizə çatdırım ki, ölkəmizdə dini tolerantlıqdan xaincəsinə sui-istifadə edən və məzhəblər arasında təfriqə salan qüvvələrin təcili olaraq zərəsizləşdirilməsi gecikir. Bu radikal qüvvələr dövlətçiliyimizə hər an təhlükə mənbəyidir. Azərbaycanı İraqa, Suriyaya, Pakistana çevirmək istəyən qüvvələrin məhv edilməsi dinimizin də prinsiplərinə uyğundur. Onların məkrli planı gələcəkdə fürsət düşdükdə Azərbaycanda da Taliban rejiminə bənzər hakimiyyət qurmaqdır. Onların bu niyyətinə imkan vermək olmaz. Cənab nazir! Bir məqamı da qeyd edim ki, həqiq inanc sahibləri Azərbaycan dövlətinin bütövlüyü naminə hər zaman mücadilə aparır və bununla onlar qürur hissi keçirir”. Geri qayıt |