Əsas Səhifə > Sosial, Manşet > YAP-DAN HAKİMİYYƏTƏ KADR AXINI GÖZLƏNİLİR

YAP-DAN HAKİMİYYƏTƏ KADR AXINI GÖZLƏNİLİR


28-10-2013, 10:04
YAP-DAN HAKİMİYYƏTƏ KADR AXINI GÖZLƏNİLİR
ƏLİ ƏHMƏDOV TİLSİMİ QIRDI: DAHA BİR NEÇƏ FƏAL YAP-ÇI GÖRƏVƏ GƏTİRİLİR

DİA.AZ: - Nazirlər Kabinetinin yeniləşən heyətiylə bağlı müəyyən narazılıqların ortaya çıxması və bu narazılıqlar fonunda yeni iqtidariçi münasibətlərin formalaşması ilə bağlı bir neçə gün əvvəldən məlumatları diqqətinizə təqdim etmişdik. Aydın olanı odur ki, yeni tərkibin o qədər də dəyişdirilməməsindən narazı qalanlar var.

Hökumət içindəki mötəbər mənbədən DİA.AZ-a ötürülən informasiyalardan aydın olur ki, əslində Nazirlər Kabinetinin daha az dəyişikliyə uğraması rəsmi Bakının köhnə komandanın qiymətini müsbət dəyərləndirməsi qənaəti ilə yanaşı bir məqamı da üzə çıxarmış olur. Mənbənin söylədikləri:

«Məlumdur ki, hakimiyyətin içində müxtəlif qruplar var. Bu qrupların bəziləri NK-nın son heyətində güclənmiş kimi görünsələr də, əsas bir istiqamət aydın şəkildə göründü ki, aradakı status-kvo qorunmaqdadır. Yəni hansısa iqtidariçi qruplaşma ciddi şəkildə zərbə almadı və yaxud da hansısa iç qruplaşmaya ciddi bir zərbə vurulmadı. Dəyişən, dəyişdirilən məmurlarla bağlı verilən qərarlar isə bu balansa təsir edəcək səviyyədə deyil».

Mənbəmiz iddia edir ki, burada əsas olaraq diqqətçəkəni YAP-ın icra katibi Əli Əhmədovun hakimiyyətin yuxarı eşalonuna ilk qədəmlərini basmasıdır: «Əslində YAP-dan son zamanlar «yuxarılara» kadr transferləri nadir hallarda olduğundan Əli Əhmədovla bağlı verilən qərar kifayət qədər mühüm açar rolunu oynamaqdadır. Yəni hakimiyyətin qapısı YAP-çılar üçün açıldı. Və bu prosesin davamı mütləq olacaq».

Xatırladaq ki, bir neçə gün əvvəl diqqətinizə çatdırdığımız məlumatda Əli Əhmədovla yanaşı, daha bir neçə YAP tanınmışının da vəzifə gözlədiyi vurğulanırdı. Bunu da xatırladan mənbəmiz bildirir ki, hazırda YAP-ın elitasında təmsil olunan fiqurlardan birinin nazir müavini gətirilməsi gözlənilir: «YAP son zamanlar öz fəallağı ilə prezident tərəfindən ciddi etimada layiq görülüb və bu fəaliyyətin mükafatı olmalı idi».

Mənbəmiz bildirir ki, eyni zamanda daha bir fəal YAP-çının mühüm postlardan birinə - Prezident Administrasiyasına gətirilməsi gözlənilir.

Geri qayıt