Əsas Səhifə > Dünya > İRANDA CİNSİ YOLLA QİÇS ARTIR

İRANDA CİNSİ YOLLA QİÇS ARTIR


29-09-2011, 11:38
İRANDA CİNSİ YOLLA QİÇS ARTIR

BU DA FARS-MOLLA REJİMİ...

İranda cinsi yolla QİÇS-ə yoluxma halları artıb. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

"İranın Səhiyyə Nazirliyinin son statistikasında göstərilir ki, 2011-cu il iyunun 22-nə olan göstəriciyə görə, ölkədə 23 125 nəfər QİÇS-ə yoluxub. Bu rəqəm 2011-cu ilin mart ayının 21 -dək 22 727 olub", - məlumatda bildirilir.

Səhiyyə Nazirliyinin statistikasında bildirilir ki, 2011-ci il iyun 22-dək QİÇS-ə yoluxanların 66,4 faizi narkotik maddələri iynə vasitəsilə qəbul etməklə, 21,1 faizi isə cinsi əlaqə ilə, 2,5 faizi anadan uşağa keçməsi ilə və 10 faizi isə səbəbi bilinməyən yollarla bu virusa yoluxublar. Qanköçürmə yolu ilə virusa yoluxma halı aşkarlanmayıb.

Məlumata əsasən, QİÇS-ə yoluxanlar əsasən 25-34 yaşlı gənclərdir.

İranın AİDS ilə mübarizə komitəsi ölkədə cinsi əlaqə ilə QİÇS-ə yoluxma hallarının artması haqqında xəbərdarlıq edib. Komitə elan edib ki, araşdırmalar göstərir ki, ölkədə 83-120 min nəfər QİÇS virusunun daşıyıcısıdır, lakin bu virusa yoluxanların yalnız 24 minə yaxını aşkar edilib. İranda 2011-ci ilin iyun ayınadək QİÇS-ə yoluxmuş 4311 nəfər vəfat edib.

QİÇS nadir xəstəliklərdəndir ki, İranda bir sıra mental və dini səbəblərə görə gizli saxlanılıb, eləcə də insanlar bu xəstəliyin necə yayılması haqqında məlumatsız olduqlarından, bu ölkədə HİV-ə yoluxanların sayı kəskin artıb.


Geri qayıt