Əsas Səhifə > Cəmiyyət, Manşet > AYDIN ƏLİYEV «ROKFELLERDƏN» NECƏ QİSAS ALACAQ

AYDIN ƏLİYEV «ROKFELLERDƏN» NECƏ QİSAS ALACAQ


28-10-2013, 17:04
AYDIN ƏLİYEV «ROKFELLERDƏN» NECƏ QİSAS ALACAQ
KOMİTƏ SƏDRİ FÜRSƏT ƏLDƏ EDİB

DİA.AZ: - Dövlət Gömrük Komitəsində ixtisarlar gözlənilir. Bu məlumatı DİA.AZ-a verən hökumət içindəki bilgili qaynaq iddia edir ki, nəzərdə tutulan ixtisarların əksəriyyəti aşağıları əhatə edəcəyindən, təxminən 100-ə yaxın gömrük əməkdaşının iş yeri ilə vidalaşacağı gözlənilir.

Redaksiyamıza daxil olan xəbərdə o da vurğulanır ki, ixtisarlarla yanaşı, kadr islahatlarının da start dümyəsi basılacaq. Xatırladaq ki, hələ xeyli əvvəlindən bu barədə məlumat vermişdik.

Mötəbər mənbənin DİA.AZ-a söylədiyinə görə DGK rəhbəri Aydın Əliyev NK-nın son təsdiqlənən heyətində yer aldıqdan sonra xeyli dərəcədə rahat nəfəs alıb: «Halbuki onun yerinə göz dikənlərin sayı çox idi və hətta onun yerinə keçə bilmələri üçün pul xərcləyənlər də var idi. İndi komitə sədri ona qarşı kampaniya aparanlarla haqq-hesab çürüdə bilməsi üçün gözəl fürsət əldə edib».

Bildirək ki, uzun müddət Astara gömrük idarəsinin rəisi Hikmət Məmmədov Aydın Əliyevin əleyhinə mətbuatda kampaniya aparıb. Hətta bu barədə kifayət qədər ciddi faktlar da var. Zamanında Qubaya icra başçısı getmək istəyən və bu məqsədlə 2 milyon manatı verməyə hazır odduğunu nümayişkaranə şəkildə bildirən «Rokfeller» ləqəbli Hikmət Məmmədov sonradan DGK rəhbəri postuna iddialı olduğunu gizlətmədi.

Bununla bağlı yerli mətbuatda gedən informasiyalarda qeyd olunurdu ki, Hikmət Məmmədov hətta nüfuzlu media quruluşlarından birinin rəhbərinə davamlı olaraq maliyyə yardımı da edirmiş ki, Aydın Əliyev barəsində mənfi rəy yaratsın, sonradan isə bui şin üstü açıldı.

DİA.AZ-a daxil olan son informasiyalara görə, məhz belə bir rəqibini sıradan çıxara bilməsi üçün gözəl imkanlar əldə edən Aydın Əliyevin fürsəti fövtə verməyəcəyi şübhəsizdir: «Əslində Aydın Əliyev DGK sistemində kifayət qədər etibar qazanmış bir fiqurdur. Ona görə də DGK şefinin öz tabeçiliyində olan heyətin tərkibinə əl gəzdirməsinə «yuxarılar» hansısa formada müdaxilə etməyəcəklər».

Geri qayıt