Əsas Səhifə > Sosial, Manşet > NAZİRLƏR KABİNETİ DAHA KİMLƏRİ TƏRKİBİNƏ ALIR?

NAZİRLƏR KABİNETİ DAHA KİMLƏRİ TƏRKİBİNƏ ALIR?


29-10-2013, 09:33
NAZİRLƏR KABİNETİ DAHA KİMLƏRİ TƏRKİBİNƏ ALIR?
BOŞ QALAN YERLƏRLƏ BAĞLI QƏRAR YAXIN GÜNLƏRDƏ ELAN OLUNACAQ

DİA.AZ: - Məlum olduğu kimi, Nazirlər Kabinetinin yeni tərkibi təsdiq olunsa da, hələ də tam heyətlə bağlı qərar verilməyib bə NK-nın tərkibində təsdiqlənməmiş postlar var. DİA.AZ-a həmin postların bəziləri ilə bağlı hələ də tərəddüdlərin olması haqda məlumatlar daxil olub.

Məlumatlı mənbənin redaksiyamıza bildirdiklərindən belə aydın olur ki, boş qalan vəzifələrin əksəriyyətinə yeni fiqurlar gətiriləcək. Bildirək ki, dövlət başçısı Nazirlər Kabinetinin tərkibindəki yalnız 43 yerə təyinat gerçəkləşdirib, eyni zamanda bu sərəncamla daha bir yer də - Dövlət Sosial Müdafiə Fondunun sədri postu da boş qalıb. Deməli, yaxın günlərdə dövlət başçısının Nazirlər Kabinetinin tərkibi ilə bağlı yeni sərəncamları olacaq. Hazırda Nazirlər Kabinetinin tərkibində daha 6 yer boşdur, başqa sözlə, həmin vəzifələrin səlahiyyətlərini köhnə məmurlar icra edirlər. Vakansiyalar aşağıdakılardır:

1. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri vəzifəsi - (sabiq sədr Məleykə Abbaszadə icra edir);

2. Dövlət Sosial Müdafiə Fondu vəzifəsi - boşdur;

3. Müəllif Hüquqları Agentliyinin sədri vəzifəsi - (sabiq sədr Kamran İmanov icra edir);

4. Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri vəzifəsi - (sabiq sədri Bəhram Xəlilov icra edir);

5. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsi - (sabiq sədr İnam Kərimov icra edir);

6. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri vəzifəsi (sabiq sədr Akim Bədəlov icra edir);

7. Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru vəzifəsi - (sabiq sədr İsgəndər Çəndirli icra edir).

NAZİRLƏR KABİNETİ DAHA KİMLƏRİ TƏRKİBİNƏ ALIR?

İlk əvvəl Məleykə Abbaszadənin durumu ilə bağlı əldə etdiyimiz bilgiləri diqqətinizə çatdıraq. Bu barədə DİA.AZ-a danışan qaynaq iddia edir ki, Məleykə Abbaszadə postundan alınacaq. Buna səbəbsə onun keçmiş təhsil naziri Misir Mərdanovdan qalma ədavətini yeni nazir Mikayıl Cabbarovla davam etdirmə təşəbbüsləri olub. Halbuki TQDK sədrinə yeni nazirlə dil tapması həvalə edilmişdi. Hakimiyyət bu kimi ictimailəşən intriqaların ümumi mövqeyə zərərli olduğunu Məleykə Abbaszadənin təsdiqinin yubadılmasında da hiss etdirir. İndi isə aydın olanı odur ki, TQDK sədri postuna başqası da gətirilə bilər.

Səlim Müslümovun nazir təyinatından sonra boşalan Dövlət Sosial Müdafiə Fondu ilə bağlı da müxtəlif fikirlər səsləndirilir. Hətta bu qurumun əmək və əhalinin sosial müdafiə nazirliyinəç birləşdiriləcəyini də iddia edənlər tapıldı. Amma bu məlumatı DİA.AZ-a danışan mənbə inkar edir və bildirir ki, yaxın günlərdə təyinat veriləcək.

Məlumatlı mənbə digər 5 boş qalan posta da yaxın günlərdə təyinatın olacağını söylədi: «Təbii ki, bu zaman ciddi dəyişikliklər mütləq olacaq. Yubanma da bununla əlaqədardır».

Geri qayıt