Əsas Səhifə > Dünya > NAZİR MÜXALİFƏTƏ MEYDAN OXUDU

NAZİR MÜXALİFƏTƏ MEYDAN OXUDU


29-10-2013, 10:24
NAZİR MÜXALİFƏTƏ MEYDAN OXUDU
"Əgər CHP-nin gücü çatırsa, hicablı deputatları parlamentə daxil olmağa qoymasın."

SalamNews- un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Avropa İttifaqı naziri Egemen Bağış bildirib.

O deyib: "Bəzi deputatlar hicabla məslicə gələcəklərini açıqlayıblar. İllər öncə hicablı deputatı yaxasından tutub bayıra atmağın eyibini yaşayan Türkiyə Böyük Millət Məclisini AKP bundan xilas edəcək. Mən demokratiya tariximizə keçəcək bu 3 qadın parlament üzvünü təbrik edirəm. CHP sədrinin müavini hicablı millət vəkillərinin TBMM-yə girməyə icazə verməyəcəklərini açıqlayıb. Zehniyyəti nicat olmaz, gücün çatırsa bunu et. Biz bu ölkədə hər vatandaşımızın arzuladığı kimi yaşamasının zəmanəti olacağıq. İstəyən hicab taxacaq, qısa ətək geyəcək. Hər kəs istədiyi kimi yaşayacak.”

Geri qayıt