Əsas Səhifə > Güney Press, Araşdırma > GÜLƏR ƏHMƏDOVADAN XEYRİYYƏÇİ ADDIM

GÜLƏR ƏHMƏDOVADAN XEYRİYYƏÇİ ADDIM


29-10-2013, 11:02
GÜLƏR ƏHMƏDOVADAN XEYRİYYƏÇİ ADDIM
Eks-deputat, hazırda həbsdə olan Gülər Əhmədova məscid tikdirəcək. Avropa.info-nun əldə etdiyi məlumata görə, hazırda 1 saylı Kürdəxanı İstintaq Təcridxanasında saxlanılan Gülər Əhmədova hamının yanında həbsdən çıxandan sonra həyatını dinə bağlayacağını və əlində olan vəsaitlə məscid tikdirəcəyini deyir. Bakı Dövlət Universitetinin həbs olunan müəlliməsi ilə birlikdə eyni kamerda saxlanılan eks-deputata xüsusi imtiyazlar verilməsi ilə bağlı xəbərlər isə təkzib olunur. Az müddət öncə tikilən və avropalılar tərəfindən də dünya standartlarına uyğun olduğu bildirilən Kürdəxanı həbsxanasında saxlanılan Gülər Əhmədovanın da digər məhbuslar kimi normal şəraiti olduğu deyilir. Eks-deputatın vaxtının çox hissəsini dini kitablarla keçirdiyi də bildirilir. Lakin eks-deputatın müəyyən psixoloji problemlərinin olduğu da qeyd edilir.Onun tez-tez əsəbləşdiyi və əsəb dərmanlarından istifadə etdiyi deyilir.
Geri qayıt