Əsas Səhifə > Partiya > HƏSƏN KƏRİMOVUN DURUMU AĞIRDIR

HƏSƏN KƏRİMOVUN DURUMU AĞIRDIR


29-10-2013, 11:52
HƏSƏN KƏRİMOVUN DURUMU AĞIRDIR
AXCP Ali Məsclinin sədri Həsən Kərimov dünən gecə Türkiyədən qayıdıb. O, oktyabrın 20-də Istanbula getmişdi. Səfərin məqsədi Həsən Kərimovun ürəyindəki problemlərlə bağlı idi.
Həsən Kərimov “Azadlıq”a açıqlamasında bildirib ki, Istanbulda “Cərrahpaşa” xəstəxanasında müayinədən keçib: “Həkimlər məndən vəziyyətin ağır olduğunu gizlətmədilər. Bəlli oldu ki, ürəyimin işləmə əmsalı 30 faizə enib. Onlar təkidlə xəstəxanada yatmağımı tələb etdilər, mən isə bildirdim ki, həmin müayinə üzrə müalicəmi Bakıda kardiologiya institutunda almışam. O zaman belə məsləhət gördülər ki, üç aydan bir mütləq müayinədən keçim və aldığım müalicələr, göstəricilər barədə onları məlumatlandırım. Hazırda yazılan dərmanları qəbul edirəm, vəziyyətimdə stabillik hiss edirəm”.

Geri qayıt