Əsas Səhifə > Gündəm, Manşet > ZİYA MƏMMƏDOVUN DURUMU ACINACAQLIDIR

ZİYA MƏMMƏDOVUN DURUMU ACINACAQLIDIR


25-01-2012, 14:05
ZİYA MƏMMƏDOVUN DURUMU ACINACAQLIDIR

HAKİMİYYƏTİN TƏKSİLƏRLƏ BAĞLI «B» PLANI İŞƏ DÜŞƏ BİLƏR

DİA.AZ: - Məlum olduğu kimi, neçə müddətdir ölkə paytaxtında taksi sürücüləri etiraz aksiyaları keçirməkdədirlər. Buna səbəbsə, nəqliyyat nazirliyinin köhnə sovet maşınları ilə bağlı tətbiq etdiyi yeni qaydalardır. Birbaşa olaraq nəqliyyat naziri Ziya Məmmədovun göstərişi əsasında həyata keçirilən bu prosesə bu günlərdə yeniliklər əlavə olunsa da, yenə də sürücülərin narazılığına səbəb olan məqamlar aradan qalxmayıb. Söhbət köhnə sovet maşınları ilə bağlı qərarın qüvvədə qalmasından gedir.

Onu da xatırladaq ki, taksi sürücülərinin birbaşa olaraq hakimiyyətə qarşı çevrilməsi və etiraz aksiyalarının son nəicədə siyasi şüarların səsləndiyi meydana gətirib çıxarması rəsmi Bakının ciddi narazılığına səbəb olub. Və buna görə də NN şefinin durumunun heç də ürakaçan olmaması ilə bağlı mətbuatda məlumatlar daha da intesiv şəkildə yayılmaqdadır.

Verilən xəbərlərdən aydın olur ki, hətta keçən həftə dövlət başçısı bu problemin həli edilməsilə bağlı şəxsən Ziya Məmmədova göstəriş verib və bundan sonra guya ki, nazirlik geri çəkilirmiş kimi kosmetik xarakterli gedişlər etdi və edilən dəyişikliklər də əslində problemin həlli hesab olunmur.

Bildirək ki, ekspertlər nəqliyyat nazirliyinin son uyğulamalarını taksi sürücülərinin qüvvələrinin parçalanmasına hesablandığını vurğulayırlar.

Xatırladaq ki, bir neçə gün əvvəl Nəqliyyat Nazirliyi taksi fəaliyyəti üçün avtomobillər üzrə buraxılış ili ilə bağlı tətbiq olunan məhdudiyyəti aradan qaldırıb.

Bundan sonra taksi fəaliyyəti ilə məşğul olmaq üçün buraxılış ili 5 ildən artıq olan avtomobillərə də icazə veriləcək. Bu barədə yayılan rəsmi məlumatda deyilirdi: «Buraxılış ilindən 5 il keçməsi məsələsi ləğv edilib. Çünki elə avtomobillər var ki, bunlar həmin vaxtdan əvvəl buraxılsa da, texniki cəhətdən saz avtomobillərdir və taksi fəaliyyəti üçün texniki tələblərə, lisenziya almaq şərtlərinə cavab verir».

Xatırladaq ki, taksi fəaliyyəti üçün lisenziya alınması barədə Nəqliyyat Nazirliyinin tətbiq etdiyi şərtlərə əsasən, taksi fəaliyyəti üçün lisenziyalar yalnız son 5 ildə istehsal olunan avtomobillərə - buraxılış ili 2007-ci ildən əvvəl olmayan avtomobillərə verilə bilərdi. Lakin indi bu qayda ləğv edilib.

Məlumata görə, Nazirliyin rəhbərliyi bu qaydanın ləğvi zamanı edilən çoxsaylı müraciətləri, hazırda taksi fəaliyyəti üçün istifadə olunan avtomobillərin bir hissəsinin texniki vəziyyətinin normal olduğu, eləcə də bəzi sürücülərin belə avtomobilləri yenicə aldığını nəzərə alıb: «Buna görə taksi avtomobilləri üçün buraxılış ili məhdudiyyəti ləğv edilib».

Bununla yanaşı, qaydanın ləğv olunması heç də o demək deyil ki, taksi fəaliyyəti üçün bütün avtomobillərə lisenziya veriləcək. Əvvəla keçmiş SSRİ və indiki Rusiya istehsalı olan avtomobillər buraxılış ilindən asılı olmayaraq taksi kimi istifadə olunmayacaq, taksilərin hamısı xarici maşınlar olmalıdır. Bundan başqa, Məlumata görə, lisenziya verilməsi üçün avtomobil texniki cəhətdən saz vəziyyətdə olmalı və lisenziya üçün qoyulan parametrlərə cavab verməlidir: «Maşınların texniki vəziyyəti ciddi surətdə araşdırılacaq, texniki tələblərə cavab verən səviyyədədirsə, ona lisenziya veriləcək».

Elə bu faktlar da təsdiqləyir ki, əslində NN heç də geri çəkilməyib, əksinə birbaşa olaraq taksi sürücülərinin qüvvəsini parçalayıb və hazırda fəaliyyətlərnə icazə verilən taksilərə qarşı gələcəkdə əngəlin yaradılmasına da indidən əlyeri qoyub. Söhbət TEZNİKİ BAIMDAN NASAZ ELAN EDİLMƏ BƏHANƏSİndən gedir. Yəni bu ad altında NN müfəttişləri istənilən bir taksinin fəaliyyətinə qadağa qoya biləcklər. İndi isə NN-ə aksiyaların durdurulması və meydanlara çıxanların sayının azaldılması lazımdır. Ən azından «Avroviziya» yarışmasına qədər.

Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasını məlumatlandıran hökumət içindəki mənbə bildirir ki, Ziya Məmmədov əslində «B» planını işə salıb və hazırki gərginliyin aradan qaldırılmsı üçün öz niyyətinin realizəsini ertələməli olub: «May ayına keçirilməsi nəzərdə tutulan «Avroviziya» yarışmasından sonra əvvəlki qadağalar yenidən qüvvəyə minəcək. Taksi sürücüləri arxayın olmasınlar, çünki Ziya Məmmədov 3000 ədəd yeni taksi sifariş verib və artıq həmin yeni taksilərin tən yarısı Bakıdadır».

Mənbəmiz bildirdi ki, əgər taksi sürücülərinin etiraz aksiyaları davamlı olarsa, o zaman Ziya Məmmədov tamamən geri çəkilə bilər: «Çünki bu halda nazirin taksi siyasəti tam olaraq fiaskoya uğraya bilər. Ziya Məmmədov prezident qarşısında problemi həll edəcəyinə söz verib».

Mövzu diqqətimizdədir…


Geri qayıt