Əsas Səhifə > Partiya > İP HAKİMİYYƏTDƏN TƏLƏB EDİR (QƏTNAMƏ)
İP HAKİMİYYƏTDƏN TƏLƏB EDİR (QƏTNAMƏ)25-01-2012, 15:07 |
MÜXALİFƏTİN FRANSAYA ETİRAZ EDƏN MÖVQEYİ İctimai Palatanın Fransa Senatının qondarma “erməni soyqırımı”nı inkarının cinayət məsuliyyəti hesab edilməsi haqqındakı qanununa etiraz piketinin qətnaməsi səsləndirildi. Qətnamədə deyilir: “İctimai Palata Fransa Senatmm qondarma “Erməni soyqırım”nın inkar edilməsinin cinayət məsuliyyəti hesab olunması haqqında qanun qəbul etməsini həm böyük tarixi, həm də hüquqi yanlışlıq hesab edir və bildirir ki, senatm bu addımı təkcə Fransa-Türkiyə yox, eləcə də Fransa-Azərbaycan münasibətlərinin bu günü və perspektivləri üçün ciddi təhlükədir. Fransa bu qərarla Azərbaycan - Ermənistan münaqişəsinin nizamlanması üçün Minsk qrupunun həmsədri kimi neytrallığınıı itirib, bölgədəki onsuz da çox həssas siyasi vəziyyəti daha da gərginləşdirib. Piket iştirakçıları bu qanunun qəbul edilməsini bir tərəfdən prezident Sarkozinin, bəzi deputatların və senatorların seçkiyə hesablanmış niyyətlərinin, digər tərəfdən Türkiyənin bölgədə getdikcə artan rolundan keçirilən narahatlıq hissinin nəticəsi kimi qiymətləndirirlər. Bununla belə biz təəssüf hissiylə qeyd edirik ki, bu çətin və məsuliyyətli vaxtda Azərbaycan iqtidarı Türkiyəni lazımi səviyyədə müdafiə etmədi, dövlət başçısı bir dəfə də mövzuyla bağlı hər hansı açıqlama vermədi. Bütün bu deyilənləri nəzərə alaraq İctimai Palata bildirir: - Azərbaycan xalqı, ölkənin bütün ictimai-siyası qüvvələri bu məsələdə qardaş Türkiyənin yanındadır, tam şəkildə onu müdafıə edir. Ölkə iqtidarı da Türkiyəyə birmənalı və hərtərəfli dəstək verməlidir. - Ermənistan-Azərbaycan münaqişənin nizamlanmasında Minsk Qrupu həmsədri Fransanın vasitəçiliyindən imtina olunsun, vasitəçilər sırasma Avropa Birliyi və Türkiyənin daxil edilməsi təklif edilsin. - Fransa ilə iqtisadi və ticarət, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın davamı və inkişafmm mümkün olmayacağı bəyan edilsin və bununla bağlı müvafiq qərarlar verilsin. - Milli Məclisdə Fransa parlamenti ilə dostluq qrupunun buraxılması, Fransanm dövlət mükafatları verilən Azərbaycan vətəndaşlarımn bu mükafatlardan imtinası məsələləri nəzərdən keçirilsin. - Azərbaycanda Türkiyə maraqlarını və Türkiyədə Azərbaycan maraqlarmı nəzərə almayan siyasət və təbliğat aparılması ziyanlı hesab edilsin. - İctimai Palatanın Xarici Bürolarma həvalə edilsin ki, Fransanın qəbul edilmiş qanunla bağlı etiraz aksiyalarmda türk diasporu ilə bir yerdə iştirak etsinlər və müstəqil aksiyalar təşkil etsinlər”. Geri qayıt |