Əsas Səhifə > Cəmiyyət > BİLƏSUVARIN HALINA AĞLAYAN LAZIMDIR
BİLƏSUVARIN HALINA AĞLAYAN LAZIMDIR29-10-2013, 17:28 |
Azərbaycanın bir sıra rayonları var ki, onlardan ölkə rəhbərliyinə və mətbuata ünvanlanan şikayətlərin ard-arası kəsilmir. Belə rayonlardan biri də Biləsuvardı. Bu rayonlardan gələn şikayətlərdə icra başçısı Mahir Quliyevin yarıtmaz fəaliyyəti, iadrəçilikdəki boşluqlar və məmurlar qarşısında gözükölgəli olduğu, Biləsuvarda rüşvətin və korrupsiyanın tüğyan etdiyi bildirilir. Gunxeber.com-un məlumatına görə, mətbuat vasitəsilə ölkə prezidentinə ünvanlanan son şikayətlərdə qeyd olunur ki, M.Aslanovun gözükölgəli olduğu və məmurlardan biri də birinci müavini Arif Kazımovdu. Xəbərdə deyilir ki, M.Aslanov rüşvəti daha çox onun əli ilə topladığından və korrupsiya əməllərini əsasən A.Kazımov vasitəsilə həyata keçirdiyindən, Biləsuvarda demək olar ki, külli-ixtiyarı verib onun və qohum-əqrabasının əlinə. A.Kazımov da bundan istifadə edərək qohumlarını başına yığıb rayonu talayır. Şikayət məktubunda daha sonra Akif Kazımovun qohum-əqrabasının rayonda tutduğu vəzifələr sadalanır, Biləsuvarı necə taladıqlarına dair faktlar göstərir. Şikayət müəlliflərinin yazdıqlarını bəzi redaktə və ixtisarla təqdim edirik: “İcra başçısının birinci müavini Akif Kazımovun başqalarının adına sənədləşdirilmiş çoxlu obyektləri var. Mahmudcala qoruğunda qoruq sahəsini zəbt edib özəlləşdirərək orda böyük ferma açıb. Həmin femada yüzlərlə baş mal-qara, qoyun, at saxlatdırır. Onun qardaşı oğlu Balaqardaş Kazımov Biləsuvar rayon Təhsil Şöbəsinin müdiridi və rayonun təhsil sistemini ağlar günə qoyub. Sərdar adlı başqa bir qohumu “pasportstol”un rəisidi. Onun da rayonda böyük torpaq sahələri və başqa obyektləri var. Təzə çəkilən yolun kənarında otel tikdirir. Balaqardaş Kazımovun yeznəsi Qənizadə Kazımov torpaq şöbəsində işləyir, o da Mahmudcala qoruğunun bir hissəsini özəlləşdirərək orada ferma tikdirib. Qənizadə Kazımovun qardaşı Habil Kazımov polis leytenantıdı. Akif Kazımovun öz oğlu Zaur Kazımov isə Biləsuvar Rayon İcra Hakimiyyətində işləyir. Onun diplomunun saxta olduğu deyilir. Akif Kazımovun qudası Ağaqardaş Kazımov gömrükdə işləyir. Akif Kazımovun başqa bir yaxın qohumu – Yaşar Əzimov isə Biləsuvarın baş memarıdı. Onun qır zavodu, şadlıq sarayı və digər obyektləri var. Yaşar Əzimovun oğlu Vüqar Əzimov Biləsuvar rayon Maliyyə Şöbəsində müdir müavini olsa da, günlərlə işə getmir, gedəndə də ancaq rüşvət yığmaqla məşğuldu. Yaşar Əzimovun digər oğlu Elşən Əzimov Dövlət Statistika Komitəsində işləyir, onun da diplomunu saxta yolla ABU-dan aldığı bildirilir. Akif Kazımovun qardaşı oğlu Rauf Kazımov Fövqəladə Hallar Nazirliyinin Biləsuvar rayon şöbəsində işləyir. Akif Kazımovun qardaşı Əlizadənin qudası Əliheydər Abbasov Xırmandalı kənd icra nümayəndəsidi. Onun oğlu Rübail Abbasov işıq idarəsində işləyir. Akif Kazımov isə 75 yaşı olsa da, hələ də icra başçısının birinci müavini işləyir və demək olar ki, Biləsuvar Mahir Quliyevlə onun əsarəti altındadı. Rayonda hər kəs bilir ki, Mahir Quliyev aldığı “haqq”a görə Akif Kazımova və onun ətrafına gözün üstdə qaşın var deyə bilmir. Biz biləsuvarlılar artıq Mahir Quliyevlə Akif Kazımovun zülmündən cana doymuşuq, cənab prezidentdən bizi bu zülmdən qurtarmasını xahiş edirik. Akif Kazımov adını çəkdiyimiz qohumları vasitəsilə Biləsuvarı çapıb talayır. Rayona ayrılan büdcə və prezidentin Ehtiyat Fondundan ayrılan pullar 80-90 faiz mənimsənilir. Ona görə də Biləsuvar bu gün infrastruktur və inkişaf baxımından Azərbaycanın ən geridə qalmış rayonlarından birinə çevrilib”. Yazıda adıçəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |