Əsas Səhifə > Partiya > YAP RÜSTƏM İBRAHİMBƏYOVA SAVAB VERDİ

YAP RÜSTƏM İBRAHİMBƏYOVA SAVAB VERDİ


30-10-2013, 12:14
YAP RÜSTƏM İBRAHİMBƏYOVA SAVAB VERDİ
"BUNLAR ƏVVƏL-AXIR HAQQ YOLUNA GƏLƏCƏKLƏR"

Milli Şuranın sədri Rüstəm İbrahimbəyov hakimiyyətlə dialoq anonsu verib. O bildirib ki, hazırkı iqtidarı legitim saymasalar da, faktiki olaraq hakimiyyətdədirlər: “İstər-istəməz hakimiyyətlə ünsiyyətdə olmalıyıq”.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov Hafta.az-a açıqlamasında Milli Şuradan rəsmən belə bir təklif almadıqlarını bildirdi: “YAP-a Milli Şuradan belə bir təklif olmayıb. Və onlar əgər hakimiyyəti legitim saymırlarsa, necə dialoqa gedə bilərlər? Bunlar əvvəl-axır haqq yola gələcək. Həqiqəti olduğu kimi qəbul edəcəklər”.

Geri qayıt