Əsas Səhifə > Partiya > GƏNCLƏR ƏLİ KƏRİMLİ İLƏ GÖRÜŞDÜ

GƏNCLƏR ƏLİ KƏRİMLİ İLƏ GÖRÜŞDÜ


29-09-2011, 11:45
GƏNCLƏR ƏLİ KƏRİMLİ İLƏ GÖRÜŞDÜ

«DEMOKRAT» GƏNCLƏR TƏŞKİLATI AXCP SƏDRİNİN XEYİR-DUASINI ALDI

Sentyabrın 28-də «Demokrat» Gənclər Təşkilatının (DGT) üzvləri AXCP sədri Əli Kərimli ilə görüşüblər. Təşkilatdan daxil olan məlumata görə, görüşdə DGT-nin gələcək planları və perspektivləri barədə geniş və maraqlı diskussiya aparılıb.

Görüş zamanı çıxış edən Əli Kərimli bildirib ki, gənclər aparıcı qüvvədir və gələcəyin bünövrəsini təşkil edirlər. AXCP lideri daha sonra qeyd edib ki, Demokrat Gənclər Təşkilatının da gələcəkdə böyük naliyyətlər əldə edəcəyinə inanır. Həmçinin partiya sədri vurğulayıb ki, hər zaman ədalət uğrunda mübarizə aparan gənclərin yanında olacaq.

Bildirək ki, DGT rəhbəri Rövşən Əsədov bir müddət əvvəl belə bir görüş keçiriləcəyi barədə məlumat yaymışdı. Həmin məlumatda deyilirdi ki, rəhbərlik etdiyi təşkilat AXCP sədri Əli Kərimlini xalqın lideri olaraq qəbul edir və görüşün keçirilməsində də məqsəd onun xeyir-duasını almaqdır.

Geri qayıt