Əsas Səhifə > Güney Press, Üçüncü sektor > FRANSA ƏLEYHİNƏ DAHA BİR KAMPANİYA

FRANSA ƏLEYHİNƏ DAHA BİR KAMPANİYA


25-01-2012, 16:22
FRANSA ƏLEYHİNƏ DAHA BİR KAMPANİYA

PARİS ÖZ QƏTLİAMLARINI UNUTMAMALIDIR

QHT Əməkdaşlıq Alyansı Fransa Senatının üzvlərinə adlı müraciət kampaniyasına başlayıb

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin Fransa Senatında qəbul olunan qanunun əleyhinə həmrəylik nümayiş etdirmək çağırışına QHT Əməkdaşlıq Alyansı müsbət cavab verib

QHT Əməkdaşlıq Alyansı Fransa Senatında yanvarın 23-də “Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan” qanun layihəsinə etirazını bildirmək üçün maraqlı kampaniyaya başlayıb. Kampaniya ilə bağlı yayılan bəyənatda deyilir ki, Fransa Senatının üzvlərinə ayrı-ayrılıqda müraciətlər hazırlanıb göndərilir. Müraciətdə deyilir ki, artıq Senat üzvlərinin siyahısı hazırdır və hər bir QHT bu ünvanları QHT Əməkdaşlıq Alyansından götürə və adlı kampaniyaya dəstək verə bilər.

Daha sonra bəyanatda deyilir:

Fransa Senatının soyqırımları inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunu qəbul etməsi özünü demokratiyanın qarantı hesab edən dövlətlərdən biri Fransanın demokrayiyanın təməl prinsiplərini kökündən inkar etməsi deməkdir. Bu qanunun lehinə səs verən senatorlar isə Avropanın mərkəzində demokratiyanı “dəfn edən”lər kimi tarixin yaddaşında qalacaqlar. Fransa Senatının bu qanunu qəbul etməzdən öncə öz tarixini vərəqləməsi, dünyada neçə soyqırımlara müəlliflik etməsini unutmaması zəruri idi. Təəssüf ki, Fransa dövlət olaraq, çox da uzaq olmayan keçmişdə bu tarixi utanc faktlarının müəllifi oldu. Fransa ötən əsrin əvvəllərində Yaxın Şərqdə, əsrin ortalarında Şimali Afrikada törətdiyi soyqırımlarla tarixin yaddaşında qalıb.

Qondarma “erməni soyqırımı” ilə bağlı qanun layihəsinə səs verən senatorlara onların təmsil etdikləri dövlətin soyqırım siaysətini və həmin faktları xatırlatmaq Azərbaycan ictimaiyyətinin də borcudur. Çünki bu qanunu qəbul edən bir ölkənin ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesindəki vasitəçilik missiyası bütünlükdə nəinki şübhə altına düşüb, tamamilə başa çatıb. Artıq Fransa vasitəçi kimi ona verilən mandatdan istifadə edə bilməz və bu ölkə münaqişənin həllindəki missiyasında hüquqi və mənəvi haqqını itirib.

Fransa Senatının qəbul etdiyi qanunun insan hüquq və azadlıqlarının təməl prinsiplərinə, düşüncə və söz azadlığına zidd olduğunu əsas götürərək, beynəlxalq birliyin bu qanunun ləğvi üçün hərəkətə keçməsinə çalışmaq hər birimizin vəzifəmiz və haqqımızdır.
QHT Əməkdaşlıq Alyansı olaraq hesab edirik ki, bütün vətəndaş cəmiyyəti sektoru prosesdə aktivlik göstərməli, Fransanın tarixi soyqırım faktlarını bu qanunun qəbul edilməsinə səs verən Fransa Senatının üzvlərinə bir daha xatırlatmaqla, gələcəkdə onları daha müqabil hərəkətə təşviq etməkdir. Digər tərəfdən, adlı kampaniyanın aparılması Fransa prezidentini qanunu imzalamqdan öncə düşünməyə də vadar edə bilər.

Geri qayıt