Əsas Səhifə > Gündəm, Manşet > MƏMURLARIMIZDAN BİRİNƏ SUİ-QƏSD EDİLƏ BİLƏR

MƏMURLARIMIZDAN BİRİNƏ SUİ-QƏSD EDİLƏ BİLƏR


25-01-2012, 16:32
MƏMURLARIMIZDAN BİRİNƏ SUİ-QƏSD EDİLƏ BİLƏR

MOLLA REJİMİ BAKIDA TƏXRİBAT NİYYƏTİNDƏN DAŞINMAYIB

DİA.AZ: - Məlum oldu ki, bu gün ABŞ-ın Azərbaycandakı səfirliyinin rəsmi internet saytında ölkəmizdə yaşayan Amerika vətəndaşlarına edilən müraciətin mətnində bildirilir ki, Azərbaycanda məskunlaşan amerikanlar ehtiyatlı olmalıdırlar, xüsusən də yəhudilərə aid yerlərdə az-az görünməlidirlər.

Əslində ABŞ səfirliyi buna qədər də öz vətəndaşlarına bu qəbildən olan müraciətini ünvanlamışdı. İndi isə məsələ yenidən aktuallaşıb. Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycanın xüsui xidmət orqanları Bakıda terror aktına hazırlaşan bir qrup şəxsi ifşa etdi və onların İranla əlaqələri tam olaraq sübuta yetirildi.

Bütün bunları diqqətə çatdıran iqtidar içindəki məlumatlı mənbəmiz bildirir ki, əslində ABŞ vətəndaşlarının təhlükəsizliyi, can güvənliyi mövzusu Azərbaycan iqtidarına başağrısı yaratmaqdadır: «Təbii ki, ABŞ səfirliyi özbaşına deyil və bu tipli açıqlamaların Azərbaycan dövləti adına mənfi rəy yarada biləcəyinə rəğmən davamlı olaraq elan edirsə, deməli başqa bir məqama diqqət yetirməliyik».

Mənbəmizə görə, rəsmi Vaşinqton neçə müddətdir ki, Azərbaycanın müvafiq dövlət qurumlarını İranın Bakıdakı təxribat planları ilə bağlı məlumatlandırmaqdadır: «Açıqlanan faktlar hələ çox zəifləridir. Bu yaxınlarda İranın Azərbaycanın dövlət məmurlarından birinə sui-qəsd edəcəyi haqda siqnallar gəlib. Məsələ bu qədər ciddidir».

Mənbəmiz onu da bildirdi ki, İranın Azərbaycandakı agenturası yenə də niyyətindən daşınmayıb və «Avroviziya-2012» beynəlxalq mahnı müsabiqəsi ərəfəsində molla rejimi Bakını qarışdırmaq niyyətindədir.

Famil ƏLİYEV

Geri qayıt