Əsas Səhifə > Cəmiyyət > İSMƏT ABBASOVLA BAĞLI ŞOK İDDİA

İSMƏT ABBASOVLA BAĞLI ŞOK İDDİA


31-10-2013, 12:14
İSMƏT ABBASOVLA BAĞLI ŞOK İDDİA
Azərbaycanlı məmurların xaricdəki biznesləri ilə bağlı vaxtaşırı maraqlı məlumatlar yayılır. Son günlər isə bu məlumatlara daha biri əlavə olunub. Jam.az-a verilən bilgilərdə vurğulanır ki, məmurlarımızdan birinin hətta Afrika ölkələrində də iri biznesləri varmış.

Məlumatda vurğulanır ki, keçmiş kənd təsərrüfatı naziri, hazırda isə baş nazirin müavini postunu tutan İsmət Abbasovun adı ilə bağlı olan bu məsələdə söhbət iri qızıl yatağının alınmasından gedir. Qeyd olunur ki, baş nazirin müavini Uqandadakı qızıl yatağını alaraq, orada işlərə başlayıb.

İddialara görə, iri qızıl yatağını əvvəlcə Hindistan şirkəti istismar edir. Lakin hind şirkəti ilə Uqanda hökuməti arasında bizə məlum olmayan səbəblərdən anlaşmazlıq yaşanıb. Və tərəflər arasındakı müqavilə ləğv olunub. Yaranmış vəziyyətdən istifadə edən İsmət Abbasovun menecerləri ilə təcili dövriyyəyə girərək, Uqanda hökuməti ilə danışıqlar aparmaqla razılaşma əldə ediblər.

Məlumatlarda vurğulanır ki, həmin yataqların işlənilməsi üçün baş nazirin müavininin şirkəti milyard dollara yaxın vəsait ayırıb. Həmin pullar isə Bakıdakı bankların biri vasitəsi ilə hissə-hissə köçürülüb. Jam.az-a çatan bilgilərdə iddia edilir ki, həmin bankın adı «Euro»dur. Azərbaycanda elə də məşhur olmayan, yalnız 1 şöbəsi olan «Euro Bank»ın rəhbəri də elə keçmiş nazirin yaxın adamlarından biridir. Bu bankın missiyası isə yalnız və yalnız İsmət Abbasovun biznesinə daix olan şirkətlərin pullarını köçürməkdən ibarətdir.

Geri qayıt