Əsas Səhifə > Güney Press, Araşdırma > ANARIN QIZININ MAŞINI İLƏ BAĞLI YENİ İDDİA

ANARIN QIZININ MAŞINI İLƏ BAĞLI YENİ İDDİA


1-11-2013, 10:56
ANARIN QIZININ MAŞINI İLƏ BAĞLI YENİ İDDİA
AYB SƏDRİ NƏDƏN İNKAR EDİR?

DİA.AZ: - Dünən Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçı Anarın qızına məxsus avtomobilin fotosu yayıldı. Fotosu Facebookdakı “Fikir Sexi” səhifəsində paylaşılan Porsche Cayenne maşınının 110 min AZN qiyməti olduğu bildirilirdi. Qeyd edək ki, maşının nömrəsi də yazıçının qızı Günel Anarqızının adına uyğun alındığı da xüsusi olaraq vurğulanırdı: 90 - GA (Günel Anarqızı) 006.

Paylaşılan foto belə təqdim olunmuşdu: “Bəli, reallıq belədir... 110 min manatlıq maşın! Hansı pula alınıb, necə alınıb və s”.

“Qızımın maşını var. Ancaq 110 min manat nədir? Onu deyənlərin başı xarabdır”. Bu sözləri isə açıqlamasında Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar Rzayev, qızı Günel Anarqızının 110 min manatlıq maşın sürməsi ilə bağlı xəbər saytlarında və sosial şəbəkərlərdə yazılanlara münasibət bildirərkən dedi. Xalq Yazıçısı qızının maşın sürməsi xəbərini təsdiqləsə də, iddia edilən maşının qızına aid olmasını inkar edib:

“100 min manatlıq maşın nədir? Yox bir, 200 min. Qızımın maşını var, amma onun qiyməti heç 50 min də deyil, 30 min də deyil.”

“Maşının markası nədir, nömrəsi necədir?” sualına isə yazıçı belə cavab verib:

“Maşının markasını bilmirəm. Heç nömrəsi də yadımda qalmayıb. Belə axmaq məsələlərlə bağlı niyə mənə müraciət edirsiniz? Hansısa axmaq adamlardır mənim haqqımda yazırlar, özlərindən uydururlar”.

DİA.AZ isə bildirir ki, Anarın təkzib etməsinə baxmayaraq qeyd olunan maşının həqiqətən də onun qızına məxsus olması iddia olunur. Bu barədə redaksiyamıza müraciət edən oxuculardan biri yazır: " Anarın qızının 110 manatlıq maşını olması, sonra isə Anarın bu xəbəri yayanları "başdanxarab" adlandırması mənə qəribə gəldi. 90GA006 Rzayeva Günel Anar qızının adına qeyidyyatdadır (PORSCHE CAYENNE MİNİK)...

Nə üçün axı yalan danışmalıdır bizm ziyalımız? Budurmu bizim ziyalımız? Yoxsa kimsə maşın alıb, onun qızının adına qeydiyyata qoyub? Bəlkə qızının biznesi var, gəlir mənbəyi var? Biz niyə yalan danışmağa öyrədilməliyik?"

DİA.AZ bildirir ki, həqiqətən də həmin başının Anarın qızının adına olmasını rəsmi qaynaqlar da təsdiqləyib. Belə yerdə Anarın təkzib etməsi heç də anlaşılan deyil...

Geri qayıt