Əsas Səhifə > Şou-biznes > "ONLAR DAİM MƏNİ PİSLƏYİR"
"ONLAR DAİM MƏNİ PİSLƏYİR"1-11-2013, 11:07 |
Müğənni Natavan Həbibi şou-biznes əhlindən narazılığını dilə gətirib. “Qafqazinfo”ya açıqlamasında müğənni bildirib ki, sənət dostlarına göstərdiyi diqqətin qarşılığını görmür: “Mən həmişə sənət dostlarımı tərifləmişəm, pis-yaxşı günlərində onlara dəstək olmuşam. Lakin sonra gördüm ki, onlar daim məni pisləyir, heç kim demir ki, Natavan yaxşı oxuyur, bizi təmsil edə bilər, göstərdiyim diqqətin, hörmətin qarşılığını görmürəm. Daha heç kimi tərifləməyəcəm, ancaq özümü tərifləyəcəm. Onsuz da məni çox istəyən insan dağ kimi yanımdadır”. Natavan artıq konsert hazırlıqlarına da başladığını qeyd edib: “Azərbaycanda görünməmiş konsert proqramı ilə çıxış edəcəm. Artıq hazırlıqlara başlamışıq. İnşallah hər şey ürəyimcə, istədiyim kimi alınanda konsertin vaxtı təyin olunacaq. Mətbuat nümayəndələrini başıma toplayıb geniş açıqlama verəcəm. Başqaları kimi bir nömrəli şou, super çıxışlar olacaq deməyəcəm. Özünüz hər şeyin fərqli olduğunun şahidi olacaqsınız”. Geri qayıt |