Əsas Səhifə > Cəmiyyət, Manşet > ARDNŞ ŞEFİNİN GÜRCÜSTAN BİZNESİ TƏHLÜKƏ ALTINDA

ARDNŞ ŞEFİNİN GÜRCÜSTAN BİZNESİ TƏHLÜKƏ ALTINDA


1-11-2013, 13:17
ARDNŞ ŞEFİNİN GÜRCÜSTAN BİZNESİ TƏHLÜKƏ ALTINDA
SAAKAŞVİLİNİN GEDİŞİ ÖZÜNÜ HİSS ETDİRƏCƏK

DİA.AZ: - Artıq Gürcüstanda Saakaşvili dönəmi başa çatmaqdadır. Yeni prezidentin and içməsindən sonra bu dönəm rəsmən bitmiş olacaq. Bildirək ki, Azərbaycan hakimiyyəti ilə sıcaq münasibətlərdə olan Mixail Saakaşvilinin gedişinin bəzi məmurlarımız üçün böyük itki hesab olunduğu sirr deyil. Bu hələ özünü «gürcü arzusu» koalisiyasının təkcə Gürcüstanın Nazirlər Kabinetini ələ keçirdiyi zaman aşkar surətdə hiss olundu.

Belə ki, hakimiyyəti ələ keçirən Bidzina İvanaşvilinin ilk işlərindən biri Azərbaycan və əslində həm də Gürcüstan üçün əhəmiyyətli olan bir sıra regional layihələri burunlamaq oldu. Bununla yanaşı, İvanaşvili həm də Gürcüstanda biznesi olan məmurlarımızı da hədəfə aldı ki, bu əsnada da ən çox nəzərə çarpanı Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevə dəyən zərbələr idi.

Nəhayətdə keçin ilin noyabr ayının 11-də Gürcüstana gedərək İvanaşvili ilə görüş keçirən Rövnəq Abdullayev üzləşdiyi problemi həll etməyə müvəffəq oldu. Amma Gürcüstanın baş naziri həm də ölkəsinin maraqlarını düşünərək Azərbaycan iqtidarı ilə danışıqlarının yekun mərhələsində - keçən ilin dekabrında Bakıya gələrək istədiklərinə nail oldu.

Həm Rövnəq Abdullayevin Gürcüstandakı biznesi, eləcə də «Socar Georgia»nın Gürcüstanda dayanıqlı olması xilas edildi, həm də gəlişindən bəri Bakı-Tiflis-Qars dəmiryolu xəttini şübhəyə alan İvanaşvili bu məsələdə də əlavə dividentlər alaraq, razı salındı. Belə ki, Azərbaycan tərəfi layihənin Gürcüstandakı hissəsinə əlavə olaraq 75 milyon dollar ayırmalı oldu.

İndi isə «gürcü arzusu» Gürcüstana tam olaraq hakim kəsilir. Bununla bağlı DİA.AZ-ı bilgiləndirən hökumət içindəki mötəbər mənbə iddia edir ki, yenidən eyni problemlər qabarmaqdadır. Mənbənin söylədikləri: «Konkret olaraq Rövnəq Abdullayevin Gürcüstandakı biznesi ilə bağlı problemlər və həmçinin «Socar Georgia»nın Gürcüstanda 26 milyon lari (təxminən 13 milyon dollar) vergidən yayınması ittihamı yenidən qabardılacaq. Bunun ilkin işartıları seçkilər ərəfəsində göründü».

Mənbəmiz iddia edir ki, Marqvelaşvilinin kürsüyə oturmasının ardından ARDNŞ prezidentinin elçiləri onun qapısını kəsdirməli olacaqlar: «Artıq İvanaşvili də gediş ərəfəsindədir. Yəni yeni simalar gəlir. Nədən gürcülər yenidən özlərini naza çəkib, rəsmi Bakıdan və məmurlarımızdan əlavə dividentlər əldə etməsinlər ki?»..

Geri qayıt