Əsas Səhifə > Şou-biznes > “MƏNƏ PUL QAZANMAQ LAZIM DEYİL”

“MƏNƏ PUL QAZANMAQ LAZIM DEYİL”


26-01-2012, 13:46
“MƏNƏ PUL QAZANMAQ LAZIM DEYİL”

“TOYLARA GETMƏSƏM DƏ, QAZANIRAM”

Populyar müğənni Roza Zərgərli toylarda və şou-proqramlarda iştirak etməməsinin səbəbini açıqlayıb.

Day.Az saytına müsahibəsində o, əvvəllər toya getdiyini, yaradıcılığındakı uzun fasilədən sonra yenidən səhnəyə qayıtdıqdan sonra isə bundan imtina etdiyini xatırladıb:

"Anladım ki, mənə pul qazanmaq və onu yenidən yaradıcılığa yatırmaq lazım deyil. Mənim öz prodakşnım var. O, pul qazanır və həmin pul mənim yaradıcılığıma xərclənir. Konsertlərdən də qonorar alıram. Normal maddi durumum var. Toylara getməsəm də, konsertlərlə, reklam çəkilişlərilə, kliplərlə və sairlə qazanıram".


Geri qayıt