Əsas Səhifə > Güney Press, Üçüncü sektor > OLİQARXA ÇEVRİLƏN İCRA BAŞÇISI "VURULUR"
OLİQARXA ÇEVRİLƏN İCRA BAŞÇISI "VURULUR"4-11-2013, 10:26 |
Seçkidən sonra bir çox icra başçılarının “vurulacağı” ilə bağlı məlumatlar yayılıb. Həmin məlumatlarda bildirilir ki, əsasən seçkinin daha biabırçı vəziyyətdə keçdiyi rayonların icra başçıları cəzalandıralacaq. Lakin 30gün.az-a daxil olan məlumata görə, artıq oliqarxa çevrilmiş icra başçıları da “vurulacaq”. Bu sırada ilk olaraq Nəsimi rayonunun icra başçısı Nəsib Məhməliyevin adı gəlir. O, var-dövlətinə görə hətta hakimiyyətdəki bəzi oliqarxları da kölgədə qoyub. Nəqliyyat naziri Ziya Məmmədovun yaxın çevrəsinə daxil olduğu bildirilən Nəsib Məhməliyevin üzdə olan əmlakının dəyəri milyonlarla manat təşkil edir. Hələ bir müddət əvvəl onun əmlakının siyahısı və fotoları mətbuatda yayılmışdı. İddialara görə, aşağıdakı obyektlər Nəsib Məhməliyevə məxsusdur: 1. 20 yanvar küçəsi ilə Asif Məhərrəmov küçələrinin kəsişməsində yerləşən “Əlibaba” dönərxanası və ona bitişik aptek. 2. Asif Məhərrəmov küçəsində 46 saylı yaşayış evi ilə üzbəüz alkaponlu möhtəşəm ofis binası. 3. Asif Məhərrəmov küçəsi 22a ünvanda yerləşən “Unibank”ın binası. 4. Məmmədcəfər Cəfərov küçəsi 16 ilə üzbəüz “Moskva” univermağının yaxınlığında 6 mərtəbəli “Modera” mebel salonunun binası. 5. Mir Cəlal küçəsində “Leyla” şadlıq evi ilə üzbəüz hasara alınmış böyük sahə. 6. Mir Cəlal küçəsi 36-da 6 mərtəbəli alkoponlu ofis binası. 7. Mir Cəlal küçəsi 63-də “Assorti” restoranı. 8. Akademik Zərifə Əliyeva adına göz klinikası ilə üzbəüz, Mirmahmud Kazımovski küçəsi 31-in yaxınlığında 6 mərtəbəli binanın altındakı aptek və onun arxasında yerləşən restoran. 9. 20 yanvar küçəsi bina 22-nin yaxınlığında “Deka bank” və yaxınlıqında tikilən bina. 10. 20 yanvar küçəsində “Qızıl Tac” şadlıq evi ilə üzbəüz silsilə şadlıq evləri və digər binalar. 11. “Qızıl Tac” şadlıq evinin arxasındakı stadion. Icra başçısı stadionu təmir adı ilə zəbt edib. 12. “Əcəmi” metrosunun yaxinlığında “Bakcell” ve onun yanında “Azercell” dükanları. 13. “Moskva ” univermağı ilə üzbəüz çayxanalar və bağın içində təmir edilən 3 mərtəbəli bina. 14. Cavadxan küçəsi 26-da “Ideal” ayaqqabı mağazası və həmin küçədə yerləşən aptek 15. “Ərzurum” şadlıq evinin yanındakı yeni möhtəşəm bina 16. Hərbi Hospitalla üzbəüz Azər Əliyev küçəsi 40-cı bina ilə üzbəüz 3 dəbdəbəli villa. 17. Tibb Universiteti ilə üzbəüz Səməd Vurğun küçəsi 116-da yerləşən restoran. - Geri qayıt |