Əsas Səhifə > Sosial, Manşet > SABİQ MƏMURLAR HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLƏ BİLƏRLƏR
SABİQ MƏMURLAR HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLƏ BİLƏRLƏR4-11-2013, 10:48 |
ƏLİ İNSANOV FƏALLAŞIR: AYAZ MÜTƏLLİBOVA YENİ VƏZİFƏ TƏKLİFİ VAR DİA.AZ: - «Ola bilsin ki, yaxın günlərdə Ayaz Mütəllibova Nazirlər Kabinetində şöbələrin birində vəzifə verilsin». Bu ilginc xəbəri DİA.AZ-a verən hökumət içindəki mənbə bildirir ki, artıq bununla bağlı müəyyən hazırlıqlar aparılır. Xatırladaq ki, müstəqil Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov Azərbaycana döndüyü ərəfələrdə mətbuata verdiyi açıqlamasında bildirmişdi ki, əgər hakimiyyət ona vəzifə verərsə, işləməyə hazırdır. İndi isə sabiq dövlət başçısının həmin arzusunun yerinə yetə biləcəyi söylənilir. Amma bu arada bir başqa mənbə isə iddia edir ki, Ayaz Mütəllibova vəzifə verilməsilə bağlı yayılan xəbərlər məqsədli xarakter daşıyır: «Ona vəzifə verilməyəcək. O qədər pensiya kəsib, gedib pensiyasını yesin və Allahına şükür etsin. Hələ şükür etsin ki, ondan bu millətin başına açdığı oyunların haqq-hesabını soruşan yoxdur». Lakin xəbəri aldığımız qaynaq bildirir ki, Ayaz Mütəllibov Nazirlər Kabinetində işlə təmin oluna bilər: «Demək olmaz ki, o yaxşı kadrdır. Daha doğrusu, əlahiddə dərəcədə vacib bir kadrdır. Amma buna baxmayaraq, onun da çox ciddi eloktoratı var və bu tipli adamlar hər zaman hakimiyyətin yanında olmalıdırlar ki, kənarda qalıb, təhlükəli oyunlara bulaşmasınlar, bulaşdırılmasınlar». Mənbəmiz bildirdi ki, son zamanlar yenidən regional zəminli təşkilatlanmalar müşahidə olunmaqdadır: «Bunu keçmiş səhiyyə naziri Əli İnsanovun timsalında görmək mümkündür. Ehtimal var ki, hərəkatdan partiyaya çevriləcək «El»in lideri Əli İnsanov elan olunsun. Və burada da başlıca məqsəd məhz Qərbi Azərbaycanlıların təşkilatlanmasına nail olmaq və «El»də toparlanması siyasətidir». Mənbəmizə görə, Qərbi Azərbaycanlılar qədərində olmasa da, kifayət qədər fəal hesab olunan şirvanlıların da Ayaz Mütəllibovun arxasınca gedə biləcəyi gözləniləndir: «Nədən hakimiyyət belə bir fiquru problemə çevirsin ki?» Geri qayıt |