Əsas Səhifə > Güney Press, Araşdırma > "AZPETROL"DA SÜRÜCÜLƏRƏ NECƏ FIRILDAQ GƏLİRLƏR?
"AZPETROL"DA SÜRÜCÜLƏRƏ NECƏ FIRILDAQ GƏLİRLƏR?4-11-2013, 11:52 |
Azərbaycanda fəaliyyət göstərən yanacaq şirkətlərinin sayı elə də çox deyil. Dövlətin inhisarında olan yanacaq alqı-satqısı prosesində sabiq nazir Fərhad Əliyevin dirənişi sayəsində özəl fəaliyyət göstərən AzPetrol isə onlardan yeganəsidir. Di gəl, bu şirkət özünün özəl şirkət olmasından elə «özəl» şəkildə yararlanır. Əsasən də satdığı yanacağın keyfiyyəti ilə bağlı ortaya çıxan həqiqətlər sürücülərin əlavə xərcə düşmələri bir kənara, həyatlarını da risqə atır. JAM.AZ-ın apardığı araşdırmalar nəticəsində belə məlum olub ki, AzPetrol-un faktiki olaraq müştərilərinə qarşı istifadə etdiyi fırıldaqlarından 3-ü xüsusi olaraq məşhurdur. Birinci fırıldaq, yanacağın aşağı keyfiyyətli olmasına rəğmən, onları yüksək keyfiyyətli məhsul kimi satmaqdır. Belə ki, faktiki olaraq AzPetrolun YDM-lərində satılan Aİ92 və Aİ95 markalı avtomobil yanacaqlarının əslində bu oktan dərəcəsində olmadığı məlum olub. Bəlli olub ki, şirkət bu yanacaq növlərinin tərkibini süni vasitələrlə artırır. Yəni, benzinin tərkibi aşağı keyfiyyətli olduğundan onlara əlavə kimyəvi maddələr qatmaqla oktan dərəcəsini artırmağa müvəffəq olublar. Bu da nəticə etibarı ilə həmin yanacaqdan istifadə edən avtomobillərin qısa müddətdən sonra xarab olmasına gətirib çıxarır. Mütəxəssislərin rəyinə görə, belə yanacaq növləri bir müddətdən sonra maşının injektor sistemini sıradan çıxarır. Hal hazırda Bakıda ustalara müraciət edən avtomobil sahiblərinin də böyük əksəriyyəti məhz AzPetrol-dan aldığı benzindən istifadə etdiyini vurğulayırlar ki, bu da problemin haradan qaynaqlandığını ortaya çıxarır. Şirkətin ikinci fırıldağı isə yüksək təzyiqlə yanacağın maşına vurulması ilə bağlıdır. JAM.AZ-a danışan ustaların əksəriyyəti qeyd edirlər ki, bu ənənə ancaq AzPetrol-da var. Yüksək təzyiqlə benzinin vurulması zamanı yanacaq baka qaz şəklində daxil olmaqla yanaşı, həm də dəyəri ödənilmiş miqdarından daha az yanacağın baka daxil olmasını təmin edir. Onların bildirdiyinə görə, bu zaman şirkət hər 15 litrdə 3 litr «qazanc» əldə edə bilir. Amma problem bununla da bitmir. Məsələ odur ki, AzPetrol-un buə məli sayəsində yüzlərlə avtomobil bir müddət sonra növbəti xərcli problemlə üzləşir. Məsələn, yüksək təzyiqlə vurulan yanacağın qaz şəklində baka daxil olması nəticəsində benzin nasosu vaxtaşırı matoru yanacaqla təmin edə bilmir. Daha doğrusu, bir müddət mühərrikə yanacaq ancaq qaz şəklində daxil olur. Bu isə həm mühərriki, həm də benzin nasosunu sıradan çıxarır. Digər tərəfdən, yanacağın yüksək təzyiqlə vurulduqdan sonra yaratdığı qaz bakın dibindəki qalıqları da üzə çıxararaq, onun benzin nasosa bitişik yanacaq filtirinin tutulmasını təmin edir. AzPetrol-un üçüncü böyük fırıldağı isə müştərilərin dediyi qədər deyil, ondan alınan pulun miqdarında yanacaq verilməsi ilə bağlıdır. JAM.AZ-ın apardığı müşahidələr nəticəsində məlum olub ki, şirkətin istənilən YDM-nə baş vurduqda sürücü satış işini görən şəxsə tutaq ki, 20 litr benzin almaq istədiyini bildirir. Və cibindəki 20 manatı çıxararaq ona verir. Həmin işçi isə müdriyyətin birbaşa tapşırığı ilə dərhal maşina 20 manatlıq benzin vurur. Nəticədə, sürücü ilə YDM işçiləri arasında narazılıq yaranır. Amma YDM işçilərinin bununla bağlı yaxşı «arqument»ləri də var: «Səhv eşitdik» və ya «Maşını bir kənara çəkin, əlavə vurulmuş benzini çəkək». Təbii ki, heç bir sürücü bununla razılaşmaz ki, bunu da AzPetrol-dakılar yaxşı bilirlər. Geri qayıt |