Əsas Səhifə > Sosial, Manşet > POLAD BÜLBÜLOĞLU «MİLYARDERLƏR»İN GÜDAZINA GEDİR

POLAD BÜLBÜLOĞLU «MİLYARDERLƏR»İN GÜDAZINA GEDİR


2-11-2013, 13:10
POLAD BÜLBÜLOĞLU «MİLYARDERLƏR»İN GÜDAZINA GEDİR
ONUNLA YANAŞI ELDAR HƏSƏNOVUN DA GERİ ÇAĞRILMASI MƏSƏLƏSİ GÜNDƏMDƏ

DİA.AZ: - Azərbaycanın diplomatik nümayəndələrində bir sıra dəyişikliklər gözlənilir. DİA.AZ-a XİN-dəki qaynaqlardan ötürülən informasiyada bildirilir ki, hazırda Azərbaycanı Rusiyada səfir kimi təmsil edən Polad Bülbüloğlunun və eyni zamanda hazırda ölkəmizi Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinada təmsil edən Eldar Həsənovun geri çağrılması nəzərdə tutulub.

Məlumatlı mənbənin söylədikləri: «Bununla yanaşı, Rusiyadakı daha bir neçə konsulluğumuzun rəhbərliyinin dəyişdirilməsi gözlənilir. Əslində bu dəyişikliklərin bəziləri, konsulların fəaliyyət müddətinin artırılması ilə müşaiyət olunacaq. Yəni bəziləri bir yerdən başqasına göndəriləcək».

Xatırladaq ki, Eldar Həsənovun səfir vəzifəsindən geri çağrılacağı hələ əvvəlindən məlum idi. Burada maraqlı olanı Polad Bülbüloğlunun vəzifəsindən alınmasıdır.

Məlumatı verən mənbə iddia edir ki, Polad Bülbüloğlu hələ rəsmi Bakının «Milyarderlər İttifaqı» problemi yaranan dönəmdə «qara haşiyənin» çinə düşübmüş: «Onun bu prosesdəki mövqeyi və həm də buraxdığı yanlışlar rəsmi Bakının nəzər-diqqətindən yayınmayıb. Və hələ bir ay əvvəlindən bəlli idi ki, Polad Bülbüloğlu səfir postundan geri çağrıla bilər».

Geri qayıt