Əsas Səhifə > Partiya > “NƏ VAXTA QƏDƏR DİKTATURA DAVAM EDİR”...

“NƏ VAXTA QƏDƏR DİKTATURA DAVAM EDİR”...


26-01-2012, 14:25
“NƏ VAXTA QƏDƏR DİKTATURA DAVAM EDİR”...

“BİZ HAMIMIZ MÜXALİFƏTÇİYİK”

Vicdan məhbusu Əhəd Məmmədli ölkədə siyasi fkir ayrılığının mövcudluğu ilə bağlı Azərbaycan gənclərinə müraciət edib: “Müxalifətçi, müstəqil, partiyalı, bitərəf. Belə bir bölgünün aparılmasının həmişə əleyhinə olmuşam. Çünki mövcud hakimiyyətə müxalifətdə duranlar istər-istəməz eyni cəbhədən çıxış edirlər. Onlar hamısı narazı elektoratdır. Bunları birləşdirən rejimə qarşı olan etirazdır. Deməli, nə vaxta qədər diktatura davam edir, biz hamımız müxalifətçiyik”.

Vicdan məhbusu yazır ki, bir neçə aydan sonra gənclərin şəhərin mərkəzində keçirilən uğurlu aksiyasını qazamatdan qəzetlər vasitəsi ilə xəbər tutanda bir daha yuxarıda qeyd etdiyim mövqeyimin düzlüyünə əmin oldum: “Partiyalı gənclərlə partiya asılılığı olmayan gənclərin bir yerdə olması, birgə meydanı bölüşməsi çox cəlbedici göründü mənə. Əslində əvvəllər də belə idi, bir çox mitinqlərdə biz bir yerdə olmuşuq, olmalıydıq da, çünki başqa yolumuz yoxdur. Gerçəkdə başqa yolumuzun olmaması birgə yolumuzun olmasını bizlərə göstərir. Və indi bizə qalır gələcəkdə, yaxın gələcəkdə davamlı və daha miqyaslı şəkildə birgə olmaq. Zindanda olan Müsavat Gənclər Təşkilatının (MGT) rəhbərliyi görəndə ki, bütün basqılara baxmayaraq, müsavatçı gənclər dostları ilə bərabər mübarizələrini daha əzmkarlıqla davam etdirirlər, bu, bizi sevindirir. Həmin dostlarımıza , olduğum 14 saylı cəza müəssisəsindən müraciət edirəm. Bu çətin vaxtlarımızda - Müsavatın 100 illiyində, MGT rəhbərliyinin həbs olunduğu vaxtda müsavatçı gənclərə dəstək olaraq MGT-nin sıralarına sizi çağırıram. Siz onsuz da mübarizə yolunu seçmisiniz və buna görə də biz sizi alqışlayırıq. Müsavatın 100, müstəqilliyimizin 20 illiyində siz bu addımınızla müsavatçı gəncliyə olan bu ədalətsizliyə qarşı durarsınız və bununla çətin günlərimizdə bizim yanımızda olarsınız”.

Bia.az


Geri qayıt