Əsas Səhifə > Araşdırma > HAKİMİYYƏT “AVROVİZİYA-2012”-YƏ TƏLƏSİR

HAKİMİYYƏT “AVROVİZİYA-2012”-YƏ TƏLƏSİR


26-01-2012, 14:40
HAKİMİYYƏT “AVROVİZİYA-2012”-YƏ TƏLƏSİR

İNŞAAT İŞLƏRİ SÜRƏTLƏ HƏYATA KEÇİRİLİR

“Eurovision 2012” mahnı müsabiqəsinin keçiriləcəyi Crystall Hall konsert zalının tikintisinin yubanması barədə fikirlər əsassızdır. İşlər bir ay qabaqlama ilə həyata keçirilir və obyekt vaxtında təhvil veriləcək. Bu barədə Turan-a layihə rəhbərliyinə yaxın məlumatlı mənbə bildirib.

Mənbə qeyd edib ki, zal yığma konstruksiyadan ibarətdir. Montaj işləri başa çatdırılıb və daxili işlər həyata keçirilir. İşin çox olması ilə bağlı təəssürat konsert zalının ətrafındakı müxtəlif obyektlərin (müəssisə və yaşayış evləri) sökülməsi və yeni geniş yolun salınması üzrə işlərlə əlaqədar yaranır.

“İşlər bir ay qabaqlama ilə gedir. Odur ki, vaxtında təhvil veriləcək”, - mənbə vurğulayıb.

Xatırladaq ki, Dövlət Bayrağı Meydanının yaxınlığında inşa edilən yeni Crystall Hall konsert zalı 23 min yerlikdir.


Geri qayıt