Əsas Səhifə > Dünya > TİMOŞENKONUN QIZI OBAMA İLƏ GÖRÜŞƏCƏK

TİMOŞENKONUN QIZI OBAMA İLƏ GÖRÜŞƏCƏK


26-01-2012, 15:28
TİMOŞENKONUN QIZI OBAMA İLƏ GÖRÜŞƏCƏK

ONUN PREZİDENTLƏ BİRGƏ YEMƏK YEYƏCƏYİ DƏ DEYİLİR

Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkonun qızı Yevgeniya ABŞ prezidenti Barak Obama ilə görüşəcək.

Yevgeniya Timoşenko Parisdə keçirdiyi mətbuat konfransında deyib ki, fevralda ABŞ-a səfəri zamanı Barak Obama ilə birgə səhər yeməyi planlaşdırır.

Yevgeniya Timoşenko bildirib ki, Danimarkanın xarici işlər nazirinin dəvəti ilə Kopenhagenə gedəcək, fevralda isə ABŞ prezidenti ilə səhər yeməyi təşkil olunacaq: “Daha sonra Londona, sonra da yəqin ki, Polşaya gələcəm”.

Qeyd edək ki, Yuliya Timoşenko həbsdədir. Yevgeniya Timoşenko da anasının müdafiəsi ilə bağlı beynəlxalq proqram həyata keçirir. O, bu gün Avropa parlamentində çıxış edəcək.


Geri qayıt