Əsas Səhifə > Sosial, Manşet > YAP FƏALLARI YENİ VƏZİFƏYƏ HƏLƏ DƏ ÜMİDLİDİRLƏR

YAP FƏALLARI YENİ VƏZİFƏYƏ HƏLƏ DƏ ÜMİDLİDİRLƏR


6-11-2013, 11:17
YAP FƏALLARI YENİ VƏZİFƏYƏ HƏLƏ DƏ ÜMİDLİDİRLƏR
NƏDƏN BƏZİ NAZİRLİKLƏR KADR İSLAHATLARINA KEÇİDİ BUNCA YUBADIR?

DİA.AZ: - Ayrı-ayrı nazirliklərin prezidentin 22 oktyabr sərəncamından sonra kadr islahatlarına getməsi gözlənilən idi. Amma gözlənilməyən olaylar da baş verməkdədir ki, bu da yenidən Nazirlər Kabinetinin heyətində özünə yer etməyə müvəffəq olmuş nazirlərin kadr islahatlarından yayınmalarıdır. «Bununla bağlı onlara ciddi xəbərdarlıq edilə bilər» deyən məlumatlı mənbə nin sözlərinə görə, təkcə nazirləri dəyişən deyil, həm də nazirləri köhnədən qalan nazirliklərin də kadr islahatı öhdəliyinin olmasını xüsusi olaraq vurğuladı.

DİA.AZ-a hökumət içindəki qaynaqlardan ötürülən informasiyaya görə, konkret olaraq mədəniyyət və turizm, gənclər və idman, iqtisadiyyat və sənaye, energetika, ekologiya və təbii sərvətlər, həmçinin maliyyə nazirliklərində kadr islahatlarının həyata keçirilməsi hələ prezident seçkilərinin əvvəlindən planlaşdırılan bir hadisə olsa da, bu istiqamətdə hər hansı irəliləmə müşahidə olunmamaqdadır.

Mənbənin söylədikləri: «Əslində bu islahatlar zamanı yeni fiqurların vəzifəyə gətirilmələri planlaşdırılır. Söhbət hakim Yeni Azərbaycan Partiyasında olan tanınmış fiqurların görəvləndirilməsindən gedir».

Xatırlayırsınızsa, YAP-ın icra katibi, YAP sədrinin müavini Əli Əhmədovun baş nazirin müavini təyin edilməsindən sonra daha bir neçə YAP-çı fəala vəzifənin veriləcəyi haqda informasiyalar yayılmışdı. Bu barədə danışan mənbəmiz iddia edir ki, məhz həmin partiya fəalları ilə bağlı qərarlar yubanır ki, bu da daha çox iqtidariçi maraqların toqquşmasının təzahürü kimi qəbul olunmalıdır: «Amma YAP-da olanlar və vəzifə vədi alanlar yenə də ümidlə gözləməkdədirlər»…

Geri qayıt