Əsas Səhifə > Güney Press, Üçüncü sektor > BİLƏSUVARDA ASFALT ƏVƏZİNƏ YOLLARA YAMAQ VURULUR
BİLƏSUVARDA ASFALT ƏVƏZİNƏ YOLLARA YAMAQ VURULUR7-11-2013, 10:14 |
Biləsuvar rayonunun mərkəzi küçələrinin dəhşətli vəziyyətdə olduğu oradan keçənlərin hər birinə məlumdur. Hər addımbaşı dörd bir tərəfi bağlı, üzərində isə «Azərsu» sözləri yazılmış hasarları da görmək çətin deyil. JAM.AZ xəbər verir ki, havalar xoş keçdiyi dönəmlərdə avtomobillə həmin mərkəzi yolda hərəkət etmək mümkün olmadığı halda, yağan yağışdan sonra keçilməz olacağı istisna deyil. Rayonun icra başçısı Mahir Quliyev isə iki ilə yaxındır «döyüş meydanı»na çevirdiyi Biləsuvarın günün ağlamaq əvəzinə, işini yamaq işləri görməklə bitirir. Daha doğrusu, icra başçısı büdcə pullarını mənimsəməyin çox optimal yollarından birini tapıb. Belə ki, büdcədən ayrılmış pulları silmək üçün nəinki rayonun mərkəzindəki, hətta kənd yollarını da sənədlərdə «əsaslı təmir edilib» yazdıraraq, əslində isə yamaq vurmaqla yetinib. Sizə təqdim edəcəyimiz bu fotolar Biləsuvar rayonunun Muğanlı kəndinə çəkilən yolda görülən işlərlə bağlıdır. Əslində, burada yol çəkilişindən söhbət getmir. Sadəcə, asfalt yamaqlar vurulmasından bəhs olunur. Görünür, Mahir Quliyev Muğanlı yolunu da qısa müddətdən sonra Biləsuvarın mərkəzi küçəsinin halına salacaq. Geri qayıt |