Əsas Səhifə > Güney Press, Araşdırma > YENİ NAZİRDƏN DAHA BİR KADR İSLAHATI

YENİ NAZİRDƏN DAHA BİR KADR İSLAHATI


7-11-2013, 10:29
YENİ NAZİRDƏN DAHA BİR KADR İSLAHATI
DİA.AZ-ın verdiyi məlumata görə, Müdafiə Nazirliyinin sabiq əməkdaşı ehtiyatda olan polkovnik leytenant Üzeyir Cəfərov MN-də yeni vəzifə təyinatları və dəyişikləri ilə bağlı facebook səhifəsində məlumat yayıb. Məlumatı olduğu kimi sizlərə təqdim edirik.

“Müdafiə nazirinin əmri ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi vəzifəsinə təyin edilmiş general-mayor Heydər Priyev dünən məktəbin kollektivinə təqdim edilib. Təqdimatı isə, ordudan tərxis olunmaq üçün rəsmi müraciət ünvanlamış general-leytenant Çingiz Məmmədov həyata keçirib. O müdafiə nazirinin əmrini şəxsi heyətə çatdırıb və bildirib ki, general-mayor Heydər Piriyev məktəb rəisinin vəzifələrini müvəqqəti olaraq icra edəcəkdir. Onu bildirim ki, bu vəzifəyə təyinat Azərbaycan prezidentinin səlahiyyətlərində olduğuna görə, yaxın zamanlarda bu haqda sərəncamın imzalanması gözlənilir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi (Mİİ) ləğv edilib və bu idarənin funksiyalarını yeni yaradılmış qurum həyata keçirəcək. Bundan sonra nazirin tikinti işləri üzrə müvini kimi polkovnik-leytenant Zakir Hiftəliyev bütün bu işlərə rəhbərlik edəcək. Xatırladim ki, Zakir Niftəliyev bundan əvvəl MN-nin Mİİ-nin layihə-smeta şöbəsinin rəisi vəzifəsində çalışıb.

Digər maraqlı və diqqət cəlb edilən kadr təyinatları və struktur dəyişiklikləri də var."

Geri qayıt