Əsas Səhifə > Şou-biznes > MİLYONÇU QADIN SOYUNDU(FOTO)
MİLYONÇU QADIN SOYUNDU(FOTO)29-09-2011, 12:16 |
"ƏRİM BİLSƏ, MƏNİ ÖLDÜRƏCƏK" Qadınlar üçün fərqli büstqalterin müəllifi olan 38 yaşlı Mişel Mone yaşına rəğmən, özünü çox gənc sayır və buna görə də şirkətinin yeni məhsullarının reklamına özü çəkilib. Milli.Az xəbər portalı "The Daily Record"a istinadən bildirir ki, "Ultimo" modalar evinin banisi və sahibi Mişel Mone İngiltərənin İTV1 telekanalındakı "71 Degrees North" proqramında bildirmişdi ki, yeni məhsulların reklam kampaniyasına özü çəkiləcək. Mone vədinə əməl edib və yardımçılarının etirazlarına rəğmən, yarıçılpaq pozalar verərək fotosessiya hazırlatdırıb. 38 yaşlı Monenin dediyinə görə, 38 kilo arıqlayıb. "Bu yaşda, məşhur şirkətin rəhbəri olaraq yarıçılpaq soyunaraq şəkillər çəkdirmək mənim üçün asan olmadı. Çəkiliş meydançasında düşünürdüm ki, ərim xəbər tutsa, məni öldürəcək. Amma indi nəticədən razıyam", - 3 uşaq anası olan Mone deyib. Onun dediyinə görə, son 7 ildə özünü pis hiss edirmiş: "İzafi çəkili, kök olduğum üçün çox pis vəziyyətdə idim. Başçılıq etdiyim "Ultimo"nun məhsullarının reklam çəkilişlərində supermodellərin bədənlərini görəndə qərara gəldim ki, arıqlayım. Özümə işgəncə verməyə başladım, sərt pəhriz saxladım və axırda istədiyimə çatdım". Mone 15 yaşında məktəbi buraxmışdı və kasıb ailənin qızı olduğu üçün işləməyə başlamışdı. "Şotlandiyanın şərqində hər şeydən məhrum qalaraq böyümüşəm. Atamla anam sürəkli olaraq pulsuzluqdan əziyyət çəkirdilər. 15 yaşımda atamı iflic vurdu, məktəbi buraxıb işləməyə başladım. 18 yaşımda ərə getdim, 19 yaşımda ana oldum. Məktəbi başa vura bilməsəm də, arzularımı gerçəkləşdirmək üçün çalışdım. "Ultimo" adlı silikonlu büstqalter yaratdım. Səbəb isə günlərin birində ərimlə birlikdə diskoteyaya gedəndə alt paltarımın məni narahat etməsi idi. Qərara gəldim ki, qadınları belə problemlərdən qurtarım. Üç il çalışdım, sonda "Ultimo" yarandı", - milyonçu Mone deyib. Geri qayıt |