Əsas Səhifə > Sosial, Manşet > NAZİM İBRAHİMOV DA DƏYİŞİKLİKLƏRƏ GETMƏLİDİR

NAZİM İBRAHİMOV DA DƏYİŞİKLİKLƏRƏ GETMƏLİDİR


7-11-2013, 11:12
NAZİM İBRAHİMOV DA DƏYİŞİKLİKLƏRƏ GETMƏLİDİR
DİASPORALARLA BAĞLI YARANMIŞ PROBLEM KADR İSLAHATINI ZƏRURİ EDİR

DİA.AZ: - Hakimiyyətin bir sıra dövlət qurumlarında struktur və kadr islahatlarının start düyməsini basması faktdır. DİA.AZ-ın Nazirlər Kabinetindəki mənbələrdən əldə etdiyi bilgilərdən belə anlaşılır ki, proses bundan sonra da davam edəcək və daha bir neçə dövlət qurumunun eyni şəkildə dəyişikliyə uğraması əzərdə tutulub.

Xatırlayırsınızsa, hələ bir neçə gün əvvəlindən Əmlak Məsələləri üzrə Dövlət Komitəsində kadr islahatlarının gərgin atmosferdə keçəcəyini xəbər vermişdik. Bildirilirdi ki, hətta dövlət komitəsinin sədri Kərəm Həsənov yaxın adamlarından birini qurban da verməli olacaq ki, bu da antikorrupsiya dalğasının növbəti mərhələsinə hesablanmış aksiya olacaq.

Son məlumatlardan isə aydın olur ki, anoloji qaydada Diasporalarla İş üzrə Dövlət Komitəsində də kadr islahatları gözlənilir: «Əslində bəziləri Nazim İbrahimovun vəzifəsindən alınacağı barədə ajiotaj yaratmağa çalışdı və belə bir təəssürat yaradıldı ki, Moskvada Azərbaycan daisporasının parçalanması məhz komitə sədrinini yarıtmaz fəaliyyətinin nəticəsidir.

Amma aydın idi ki, bu işdə Nazim İbrahimovun hər hansı formada qüsuru olmayıb. Çünki prosesin arxasında birbaşa olaraq Kreml dayanmışdı. Və bu gün Kremldən asılı olan Vahid Ələkbərov, Abbas Abbasov, Söyün Sadıqov kimi fiqurlar təbii ki, rusların bir barmaq işarəsi ilə nəinki Azərbaycan diasporasını parçalayacaqdılar, hətta dövlətə qarşı belə çıxmağa hazır idilər. Bu, onların yapısıdır. Və bu işlə əlaqədar Nazim İbrahimovun hədəfə alınması yanlış olardı».

Mənbəmiz bildirir ki, məhz bu yanlış addım atılmadı: «Nazim İbrahimov vəzifə başında saxlanıldı. Lakin islahatlar zəruridir. Çünki diasporaların problemi təkcə Moskvada yaşanılmır. Bu gün ayrı-ayrı ölkələrdəki diasporalarımızın əksəriyyəti parçalanmış vəziyyətdədir. Və bu sahəyə nəzarət mexanizminin formalaşdırılması üçün daha çevik və təcrübəli kadrlara ehtiyac var. Nazim İbrahimov da belə bir .öhdəlik götürdüyündən dəyişikliklərə getmək zorundadır».

Mənbəmizin məlumatına görə, yaxın günlərdə DİDK-də kadr islahatlarına başlanılacaq.

Geri qayıt